
Futbol üzrə 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində İngiltərə millisi Konqo Demokratik Respublikası üzərində əzmkar qələbə qazanaraq növbəti mərhələyə vəsiqə əldə edib.
Sumqayit.tv xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində keçirilən qarşılaşma İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 7-ci dəqiqədə Brayan Sipenqa açaraq Konqo Demokratik Respublikasını önə çıxarıb. Lakin İngiltərə millisinin kapitanı Harri Keyn 75 və 86-cı dəqiqələrdə vurduğu qollarla komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra İngiltərə yığması dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib. Komanda növbəti mərhələdə Meksika millisi ilə qarşılaşacaq.
Dünən, 22:41
7