Anar Kərimov G20 sammitində “Təhsil və Dini müxtəliflik” mövzusunda çıxış edib


Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İtaliyanın Bolonya şəhərində keçirilən G20 sammiti çərçivəsində təşkil olunan Dinlərarası Dialoq Forumunun “Təhsil və Dini müxtəliflik” mövzusunda keçirilən sessiyasında çıxış edib.
Sumqayit.tv xəbər verir ki, Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Angel Moratinos, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, İtaliyanın təhsil naziri Patrizio Bianki, Albaniyanın təhsil, idman və gənclər naziri Evis Kuşi və digər qonaqlar iştirak edib.
İştirakçıları səmimi salamlayan nazir Anar Kərimov Forumun həyata keçirdiyi layihələri yüksək qiymətləndirərək Azərbaycanın əməkdaşlığa önəm verdiyini və birgə fəaliyyətin ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə istiqamətləndiyini bildirib. “Din ümumi mədəniyyətlərarası dialoq bacarıqlarının inkişafında əhəmiyyətli və müsbət rol oynayır. Dini liderlər münaqişələrin qarşısının alınmasında və dialoqun təşviqində əsas rol oynama potensialına malikdirlər. Onlar xüsusən gənclər arasında bu dialoqu gücləndirmək və təşviq etmək üçün dərin təsir gücünə malikdirlər”, - deyə nazir çıxışında qeyd edib.
Anar Kərimov həmçinin bildirib ki, əsrlərdir Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri mehriban, sülh və harmoniya şəraitində yaşayırlar. Məhz buna görə də Azərbaycan çoxmillətli, çoxkonfessiyalı və sivilizasiyaların qovuşduğu ölkə kimi tanınır. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb, 2010-cu ildə BMT Baş Assambleyasında ölkəmizin Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirmək niyyəti bəyan edilib və Bakı şəhəri 2011-ci ildən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Təsadüfi deyil ki, BMT Baş katibinin 2017, 2018 və 2019-cu illərdə Baş Assambleyaya təqdim etdiyi məruzələrdə “Bakı Prosesi”nin əhəmiyyəti xüsusi vurğulanıb və Dünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platformalarından elan olunub.
Nazir bildirib ki, Azərbaycan çoxəsrlik multikulturalizm ənənələrinə, eləcə də UNESCO konvensiyalarının irəli sürdüyü dəyərlərə sadiq qalaraq təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində mədəni irsin qorunub saxlanılmasına yönəlmiş bir sıra layihələr həyata keçirir. Heydər Əliyev Fondu Azərbaycanda yüzlərlə abidəni bərpa etməklə yanaşı, xarici ölkələrdə də bu istiqamətdə mühüm layihələr reallaşdırıb. Fond tərəfindən Parisdə Luvr Muzeyi, Vatikanda Müqəddəs Marçellino və Petro kilsəsi, Bolqarıstanda Prapezitsa qəsri və qalası, Strasburqda Notrdam kilsəsi və s. abidələrdə bərpa işləri aparılıb.
Mədəniyyətin sülhə dəstək verdiyi kimi, sülhün də mədəniyyətin inkişafı üçün əsas şərt olduğunu vurğulayan nazir, müharibələrin və vandalizmin mədəniyyəti hədəf seçdiyini, bütün dünyada bunun qarşını birdəfəlik almaq məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət üçün sülh” (#Peace4Culture) qlobal çağırışının və çağırış çərçivəsində “Sülh üçün yarat” (#Create4Peace) kampaniyasının elan edildiyini qeyd edib.
Anar Kərimov çıxışında vurğulayıb ki, Azərbaycanın otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış əraziləri 2020-ci ildə azad edilib və bu ərazilərdə işğal dövründə dağıdılmış bütün dini-mədəni abidələrin, dini mənşəyinə görə heç bir ayrı-seçkilik qoyulmadan, Azərbaycan dövləti tərəfindən bərpasına başlanılıb. Baxmayaraq ki, ölkəmiz otuz ilə yaxın davam edən hərbi təcavüzə, ərazilərin işğalına, etnik təmizləməyə məruz qalıb, Azərbaycan bu gün də sülhpərvər siyasət yeridərək bu istiqamətdə təşəbbüsləri, sülh  çağırışlarını irəli sürür.
Nazir çıxışının sonunda mədəni müxtəlifliyinin təşviqinin, insanlar, cəmiyyətlər və xalqlar arasında dialoq və anlaşmanın müasir dünyamızın gələcəyi üçün əhəmiyyətini bir daha vurğulayıb.  “Mən dünyada əmin-amanlıq üçün təhsil və mədəniyyət vasitəsilə bu mesajın gələcək nəsillərə çatdırılmasında uğur qazanacağımıza və bununla da istədiyimiz gələcəyi təmin ediləcəyimizə inanıram” deyən Anar Kərimov Dinlərarası Dialoq Forumunun işinə uğurlar arzulayıb.
BMT Sivilizasiyalar alyansının ali nümayəndəsi Migel Moratinos öz çıxışı zamanı sülh anlayışının və fəaliyyətlərinin daha önə sürülməsinin vacibliyini qeyd edərək Azərbaycanın “Mədəniyyət naminə sülh” qlobal təşəbbüsünün zamanında irəli sürülmüş strateji layihə olduğunu qeyd etdi.




15-09-2021, 11:10 244

Digər xəbərlər

Maduro presedenti və qaydasız dünya nizamı: qlobal sistem hara gedir?

Sumqayıtda vərəqə şüşə istehsal edən ilk zavoddan FOTOREPORTAJ

"Sumqayıt" qış təlim-məşq toplanışı üçün Antalyaya yollanıb

Dəm qazı səbəbilə Sumqayıtda bir ailənin üç üzvü zəhərlənib

Prezident və xanımından keçmiş prezidentə başsağlığı

Parlamentin içindən: Deputatlar nədən məmnun deyil? – Eksklüziv sorğu

Sosial kapital anlayışı - İndi münasibətlərə necə yatırım edilir? (ANALİZ)

Sumqayıtda smart qaz sayğaclarında problem: Yeni ilin ilk 2 gününü sakinlər qazsız qalıb

Bu gün Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

2025-ci il Sumqayıt üçün sənaye və maliyyə baxımından əlamətdar olub

2026-cı ildən qüvvəyə minən qanunlar Sumqayıta necə təsir edəcək?

Sumqayıtda kafel-metlax sexində yanğın olub

Sumqayıtda metal tullantılarının qəbulu sahəsində yanğın olub - Video

Prezident xalqa bayram təbriki ünvanladı - Yenilənib+Video

Zakir Fərəcov Sumqayıt sakinlərini təbrik etdi

Sumqayıtın 2025-ci ili: Uğurlar və problemlər – Sumqayit.tv-in gözü ilə

Yeni statistika Sumqayıtda nəqliyyat problemini bir daha gündəmə gətirdi

Sumqayıtda yataqxana sakinləri 31 dekabrı qazsız qalıb - ŞİKAYƏT

Türkiyəli müğənni iddia etdi, Fərid Sumqayıt açıqladı: ‘Sensizlik’dəki səs süni intellektdir - EKSKULİZİV MÜSAHİBƏ

Sumqayıtda tikinti qalmaqalı-Sakinlərə təhlükə yaradan inşaat dayandırıldı - AÇIQLAMA

1 2 3 4 5 6 7 8 9 10 ... 1003
Dünən, 09:39
3-01-2026, 17:27
3-01-2026, 17:23
3-01-2026, 14:59
2-01-2026, 19:17
2-01-2026, 16:34
2-01-2026, 15:13
2-01-2026, 13:12
2-01-2026, 09:20
1-01-2026, 18:38
1-01-2026, 17:59
1-01-2026, 17:51
1-01-2026, 00:29
1-01-2026, 00:22
31-12-2025, 22:01
31-12-2025, 17:45
31-12-2025, 16:16
31-12-2025, 11:41
30-12-2025, 20:14
30-12-2025, 16:43
30-12-2025, 16:28
30-12-2025, 16:22
30-12-2025, 16:16
30-12-2025, 16:10
30-12-2025, 16:01
30-12-2025, 15:54
30-12-2025, 15:25
30-12-2025, 12:59
29-12-2025, 17:57
29-12-2025, 17:33
29-12-2025, 17:26
28-12-2025, 13:55
28-12-2025, 13:15
28-12-2025, 12:46
28-12-2025, 10:22
27-12-2025, 23:25
27-12-2025, 11:50
27-12-2025, 11:39
26-12-2025, 22:02
26-12-2025, 20:15
1 2 3 4 5 6 7 8 9 10 ... 1003