İnam Kərimov Saatlı və Sabirabadda açıq sahədə pambıqçı fermerlərlə görüşüb


Azərbaycanda pambıq yığımı mövsümünə hazırlıq gedir. Sahələrdə defolyasiya tədbirlərinə başlanıb, rayonlar üzrə pambıqyığan kombayn, qoşqu və traktorların bölgüsü həyata keçirilir.
Sumqayit.tv xəbər veri ki, kənd təsərrüfatı naziri İnam Kərimov məhsul yığımı ərəfəsində Saatlı və Sabirabad rayonlarında pambıqçı fermerlərlə görüşüb. Açıq səma altında keçirilən görüşlərdə pambıqçılığın inkişafı, dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunub. Bildirilib ki, fermerlərin maddi rifah halının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Pambıqçılığın inkişafı istiqamətində dövlət dəstəyi tədbirləri gücləndirilir, bu sahəyə marağın artması fermerlərin gəlirlərinin artmasına və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir. Həyata keçirilən dövlət dəstəyi mexanizmləri nəticəsində pambıqçılıq kənd təsərrüfatının ən əməktutumlu və fermerlərə ən çox gəlir gətirən sahəsinə çevrilib.
Bu il Saatlıda 14295 hektar, Sabirabadda 9260 hektar sahədə pambıq əkilib. Ölkə üzrə pambıq əkini sahələrinin 25 faizə yaxını bu iki rayonun payına düşür. Ötən il texnoloji xəritəyə uyğun qulluq tədbirlərinin aparılması, yeni əkin üsullarından istifadə sayəsində bu il də hər iki rayonda pambıqçılıqda yüksək məhsuldarlıq gözlənilir. 
Görüşlərdə sahələrə aqrotexniki qulluq tədbirləri, yeni əkin üsullarının məhsuldarlığa müsbət təsiri, düzgün toxum seçimi, suvarma məsələləri, müasir suvarma sistemlərindən istifadə imkanları, xəstəlik və zərərvericilərə qarşı mübarizədə tətbiq olunan dərmanların keyfiyyəti, bitki mühafizə tədbirləri, yığım ərəfəsində texnika bölgüsü, tədarük məntəqələrinin məhsul qəbuluna hazırlığı və digər mövzularda fikir mübadiləsi aparılıb. Fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.
Nazirliyin nümayəndə heyəti hər iki rayonda təkrar qarğıdalı əkini sahələrinə, heyvandarlıq müəssisələrinə, intensiv bağlara baxış keçirib, fermerlərlə söhbətlər aparıblar.

27-08-2021, 14:31 227

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041