Sumqayit.tv xəbər verir ki, Binəqədi rayonu, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsində ağacın dibinə daş döşənməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, əməkdaşlarımızın nəzarəti altında 79 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən sözügedən ağacın dibi daş döşəmədən təmizlənib və ona aqrotexniki xidmət göstərilib.