Azərbaycanda özəl baytarlıq xidmətinə keçidə start verilib


Bu gündən Azərbaycanda özəl baytarlıq xidmətinə keçid prosesinə start verilir.  Bununla əlaqədar Bakıda “Özəl baytarlıq: Fermerlərə təkmil, rəqabətli və keyfiyyətli xidmət” mövzusunda konfrans keçirilib.
Sumqayit.tv xəbər verir ki, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, aqrar sahədə xidmətləri fermerlər üçün daha əlçatan etmək, rəqabət mühitində göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə davamlı islahatlar aparılır. Özəl baytarlıq xidmətinin tətbiqi bunun bariz nümunəsi sayıla bilər: “Özəl xidmətə keçdikdən sonra baytarlıq mütəxəssislərimiz sağlam rəqabət mühitində çalışacaqlar. Bu rəqabət mühiti onlara öz bilik və bacarıqlarını daha da inkişaf etdirmək, müasir standartlara uyğun xidmət keyfiyyətlərinə sahib olmaq zərurəti yaradacaq. Rəqabət mühiti son nəticədə heyvandarlıqda göstərilən xidmətlərin keyfiyyətini artıracaq ki, bundan da həm müxətəssislərimiz, həm də fermerlərimiz faydalanacaqlar”.
Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki özəl baytarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə reyestrdən çıxarışlar təqdim ediləcək: “İnanıram ki, özəl baytarlıq xidməti müəssisələri bu mühüm prosesdə yaxından iştirak etməklə, heyvandarlıq məhsullarının ixrac potensialının artırılmasına, bu sahədə azad rəqabət mühitinin formalaşmasına, bununla da xidmətlərin təkmilləşməsinə və nəticə etibarilə ölkədə ərzaq və qida təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verəcəklər”.
Konfransda çıxış edən dünya Bankının ölkə üzrə meneceri Sara Maykl, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev özəl baytarlıq xidmətinə keçidin əhəmiyyəti və məqsədi barədə tədbir iştirakçılarına məlumat veriblər. Daha sonra özəl baytarlıq xidmətinə keçidlə bağlı məlumatlandırıcı çarx  nümayiş olunub, pilot kimi seçilmiş 6 rayon - Qəbələ Qax, Balakən, Zaqatala, Oğuz və Şəki üzrə baytar həkimlərlə xidməti müqavilələrin imzalanması mərasimi keçirilib.
Qeyd edək ki, özəl baytarlıq xidmətinə keçid ölkədə mövcud olan və dövlət büdcəsindən maliyyələşən 798 sahə baytarlıq məntəqəsində çalışan 1624 sahə baytar həkimini əhatə edir. Baytar həkimlər sentyabrın 1-dən bu ilin sonunadək mərhələli şəkildə Aqrar Xidmətlər Agentliyi ilə xidməti müqavilə əsasında fəaliyyətə başlayacaqlar. Özəl xidmətə keçiddən sonra Aqrar Xidmətləri Agentliyi profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan  tədbirlərin icrasını (peyvəndlənmə, qan nümunələrinin toplanması, və s.) xidməti müqavilə əsasında özəl baytar həkimlərə həvalə edəcək. Bundan başqa, özəl xidmətə başlamış baytarlar xidməti müqavilə əsasında ət və ət məhsullarının, süd və süd məhsullarının inspeksiyasını, xəstəliklərə qarşı aktiv və passiv müşahidələri, heyvanların identifikasiyasını və s. tapşırıqları da icra edəcəklər.
Fermerlərin vəsati hesabına maliyyələşən digər xəstəliklər isə özəl baytarlarla fermerlər arasında müqavilə və ya razılaşma əsasında ödənişli şəkildə heyata keçiriləcək. Özəl xidmət fermerə də istədiyi baytarın işini seçmək və səmərəli, sərfəli, keyfiyyətli xidmət almaq imkanı verəcək. Bundan əlavə, gələcəkdə  ölkədə baytarlıq təcrübəsinin effektiv idarə edilməsi, baytarlıq sisteminin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, baytar həkimlərin və feldşerlərin peşəkar fəaliyyətinin tənzimlənməsi, heyvandarlıq  məhsullarının xarici bazarlara çıxışının təmin olunması məqsədi ilə qeyri-kommersiya qurumu - Baytarlıq Statuar Orqanının (BSO) yaradılması da nəzərdə tutulur.
Dövlət və özəl sektorda baytarlıq xidmətlərinin tənzimlənməsinə dəstək olmaq, baytar həkimlərinin qeydiyyatı və reyestrinin aparılması, özəl baytar həkimlərinin  ortaq maraqlarını dövlət və qeyri-dövlət orqanlarında təmsil və müdafiə etmək bu quruma həvalə olunacaq.

2-09-2021, 13:01 189

Digər xəbərlər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

Sumqayıtda 13 yaşlı uşaq boğulma nəticədə həyatını itirdi

Sumqayıtlı avtomobil həvəskarı klassik maşını ilə Bakı sərgisində - FOTO

Sumqayıtda dənizkənarı evlər kirayə mənzil proqramına daxil edildi

Sumqayıtlı cüdoçular U-14 Liqa yarışında 4 medal qazandılar - FOTO

Sumqayıtda torpaq hərracları keçiriləcək

Sumqayıtdan digər regionlara sərnişin daşınan avtobusların 45 %-i yenilənib

AFFA Sumqayıtda azyaşlı futbolsevərlərə dəstək oldu

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 10 ildə 15 milyard manatlıq məhsul satıb

Şahmatdan tibbə: Uğurla dolu bir yol-FOTO

Qaz və işıq limiti ilə bağlı ÖNƏMLİ XƏBƏR - Yaxın aylarda..

Sumqayıtda evli kişi sevgilisinin keçmiş ərini döydü – MƏHKƏMƏ

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Bu gün, 15:22
Bu gün, 15:16
Bu gün, 15:13
Bu gün, 15:04
Bu gün, 10:28
Bu gün, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
1 2 3 4 5 6 7 8 9 10 ... 963