Sumqayit.tv xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bu haqda danışıb.
Nazir bildirib ki, pasportu olmayan valideynin övladının məktəbə buraxılmaması məsələsi yoxdur: "Valideynlərdən COVID-19 pasportu tələb etmirik. Ancaq məktəbin daxilinə girmək istəyən şəxsin pasportu olmalıdır"