Bərdədə yeni məktəb binası açılıb


Sentyabrın 22-də Bərdə rayon Qaradəmirçi kənd tam orta məktəbi üçün yeni tikilən 624 şagird yerlik tədris binası istifadəyə verilib.
 
Sumqayit.tv xəbər verir ki, açılış mərasimində təhsil nazirinin müavini İdris İsayev, millət vəkili Zahid Oruc, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Bərdə Rayon Təhsil Şöbəsinin müdir əvəzi Ədalət İsmayılov iştirak edib.
 
Mərasimdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev müəllim və şagirdləri yeni məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə yönələn mühüm tədbirlərdən danışıb. Nazir müavini bildirib ki, ölkəmizdə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin böyük bir qismi yenilənib. Bu proses hər il davam etdirilir.
 
Açılış mərasimində çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, millət vəkili Zahid Oruc müəllim, şagird və valideynləri yeni tədris ilinin başlanması və təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar.
 
Daha sonra məktəbdə yaradılan şəraitlə tanışlıq olub. Bildirilib ki, yeni tikilən məktəb 624 şagird yerlikdir. Üç mərtəbədən ibarət olan məktəb binasında 26 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, texnologiya, gənclərin çağırışaqədərki hərbi hazırlığı, informatika, məktəbəhazırlıq kabinetləri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar var. Bina istilik, elektrik, havalandırma, müşahidə, siqnalizasiya sistemləri ilə təmin edilib. Təhsil ocağı lazımi inventar və avadanlıqlarla təmin olunub.
 
2021-2022-ci tədris ilində sözügedən təhsil müəssisəsində 531 şagirdin, məktəbəhazırlıq qrupunda isə 36 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Məktəbdə 61 nəfər pedaqoji işçi çalışır.

23-09-2021, 10:10 160

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041