Üzeyir Hacıbəyli irsi Ağdamda yad olundu


Üzeyir Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalının 6-cı günü Dövlət Rəqs Ansamblı ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin iştirakı ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində konsert keçirildi. 
Sumqayit.tv xəbər verir ki, Ağdam Muğam Mərkəzində baş tutan tədbirdə Ağdam rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar  Hümbətov, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar müəllim Xatirə Həsənzadə iştirak edərək, Azərbaycan musiqi mədəniyyətinin dahi simalarından olan, klassik musiqi və bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yolundan, musiqi mədəniyyəti tariximizə verdiyi əvəzsiz töhfələrdən söz açdılar.
Təntənəli konsert proqramı milli-xalq və bəstəkarlarımızın əsərlərindən ibarət rəngarəng ifalarla yadda qaldı. 
Konsertin iştirakçıları  Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (baletmeyster Əməkdar artist Ceyhun Qubadov) və baş dirijor, respublikanın Xalq artisti Ağaverdi  Paşayevin idarə etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri idi. Milli musiqimizin “Uzundərə”, “Naz eləmə”, “Yallı” xalq rəqsləri, “Qarabağ şikəstəsi”, “Evləri var xana-xana” xalq mahnısı kimi inciləri ilə yanaşı, klassik bəstəkarlarımızın müxtəlif janrlı əsərlərinin xalq çalğı alətləri orkestri üçün işləmələri, eləcə də ənənəvi musiqi sənət nümunələri ifa edildi. Ü.Hacıbəylinin “Cəngi” miniatürü, “Bayram süitası”, “Leyli və Məcnun” operasından kompozisiya, “Arşın mal alan” musiqili komediyasından Vəli ilə Tellinin dueti, Müslüm Maqomayevin, Niyazinin, F.Əmirovun, Vasif Adıgözəlovun, Cahangir Cahangirovun, Süleyman Ələsgərovun əsərlərini tamaşaçılar zövqlə izlədilər. 
Tanınmış  solist ifaçılar və  xanəndələr  İlkin Əhmədov, Rəvanə Əmiraslanlı, Almaz  Orucova, Fəxri Kazım Nicat, klassik müğənnilərdən soprano Nərgiz Kərimova, tenor Taleh Yəhyayev və başqaları mahir ifaları alqışla qarşılandı.


24-09-2021, 12:41 269

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041