ŞOK GƏLİŞMƏ! Zamirə Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

 


Azərbaycanda həbsdə olan Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşının Britaniyadakı əmlakı müsadirə olunub.
Sumqayit.tv bu məlumatı "Azadlıq Radiosu"nun saytına əsasən yayır.
Zamirə Hacıyevanın Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) 6 il çəkən təhqiqatından sonra bu müsadirəyə razılıq verdiyi bildirilir. Söhbət Londonun Naytsbirc məhəlləsində 14 milyon funt-sterlinq dəyərində evdən və Askotda qolf klubundan gedir.
NCA-nın yaydığı məlumatda deyilir ki, agentlik bu aktivlərin irimiqyaslı saxtakarlıq və mənimsəmə, saxta mühasibatlıq və çirkli pulyuma vasitəsilə əldə olunduğuna inanır.
NCA 2018-ci ildə Britaniyadakı bu iki mülklə əlaqədar izah edilməmiş sərvət orderi (UWOs), həmçinin əmlakın satılmasını, başqasına verilməsini, yaxud israf edilməsini önləmək üçün aralıq dondurma orderləri çıxarıb.
Zamirə Hacıyeva kimi varlı olsanız, pulunuzu nəyə xərcləyərdiniz – məşhur  qadınlar cavab verir
Zamirə Hacıyeva 2006-2016-cı illərdə Londondakı Harrods ticarət mərkəzində 16 milyon funt-sterlinqdən (21.3 milyon dollar) çox pul xərcləməsilə gündəmə gəlmişdi. 2018-ci ilin fevralında məhkəmə çəkişməsi başlananda bütün bu əmlakın 22 milyon funt-sterlinqdən çox (29.2 milyon dollar) dəyəri olduğu bildirilirdi.
Ancaq onun vəkilləri iddia qaldıraraq deyirdilər ki, NCA onu qanunsuz olaraq hədəfə alıb. Hansısa pozuntuya yol vermədiyini deyən Hacıyeva daha öncəki məhkəmə instansiyalarının orderi ləğv etməsinə nail olmamışdı.
Cahangir Hacıyev aclıq aksiyasına başlayıb
Cahangir Hacıyev 
Onun əri Cahangir Hacıyev 2015-ci ilin martınadək Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin sədri olub. Bir il sonra o, mənimsəmə, vəzifə saxtakarlığı, vergidən yayınmada təqsirli bilinib. 2019-cu ildə isə ABB-nin Moskva filialından mənimsəmədə təqsirləndirilib. Hazırda 16 illik cəza çəkir.

6-08-2024, 12:17 108

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041