Macarıstanın ali təhsil müəssisələrinin nümayəndələri Azərbaycana gəlib




Macarıstanın bir sıra ali təhsil müəssisələrinin (“Eötvös Loránd University”, “University of Debrecen”, “University of Veterinary Medicine Budapest”, “University of Miskolc”, “University of Pecs”, “Hungarian University of Agriculture and Life Sciences”, “University of Szeged”) nümayəndələri Azərbaycana səfər ediblər.
 
Sumqayit.tv xəbər verir ki, regionlarda yerli universitetlərlə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə nümayəndə heyəti ilk olaraq Gəncəyə yollanıb. Səfər zamanı Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin rəhbər heyəti ilə görüşlər keçirilib, mümkün əməkdaşlıq  imkanları müzakirə edilib, anlaşma memorandumu imzalanıb. Nümayəndə heyəti qeyd edilən ali təhsil müəssisələrinin infrastrukturu, tələbə yataqxanası ilə tanış olub.
 
Səfər çərçivəsində nümayəndə heyəti 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Gəncə şəhərinə edilən raket hücumları nəticəsində dağıdılmış yaşayış binalarının ətrafına gül düzərək həlak olan dinc sakinlərin xatirəsini anıb, hərbi cinayətin nəticələri ilə yerində tanış olub.
 
Nümayəndə heyəti Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universitetində fərdi görüşlər keçirib.
 
Səfər zamanı nümayəndə heyəti təhsil nazirinin müavini Muxtar Məmmədovla görüşüb. Görüşdə mümkün əməkdaşlıq imkanları, həmin universitetlərdə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində təhsil alan Azərbaycan vətəndaşlarının təhsil məsələləri müzakirə edilib.


20-10-2021, 10:43 172

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041