
Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında müvəqqəti fasilə olacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən Sumqayit.tv-yə verilən məlumata görə, balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 2-də Sumqayıt şəhəri, Sarıqaya bağları ərazisində 550 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.
2-12-2025, 10:29
32