Ramin Məmmədov Sumqayıtda dini ibadətgahları ziyarət edib - FOTO

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Sumqayıt şəhərində fəaliyyət göstərən bir sıra dini ibadət məkanlarında olub, din xadimləri ilə görüşlər keçirib.

Sumqayit.tv-yə Komitədən verilən məlumata görə, sədr “Cümə” və “Ceyhun xanım və Hacı Əhməd” məscidlərinin, “Müqəddəs Sarovlu Serafim” pravoslav kilsəsinin, eləcə də “Sumqayıt Yəhudiləri” dini icmasının ibadət evinin fəaliyyəti ilə yerində tanış olub.

Görüşlər zamanı Ramin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə dini tolerantlıq və multikulturalizmin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, dini sahədə həyata keçirilən dövlət siyasəti milli maraqlara söykənən, düşünülmüş və uzunmüddətli strategiyanın tərkib hissəsidir və bu yanaşma cəmiyyətdə ideoloji bütövlüyün möhkəmləndirilməsinə xidmət edir.

Komitə sədri qeyd edib ki, dövlət-din münasibətlərində tarazlığın qorunması, radikal meyillərə qarşı preventiv tədbirlərin görülməsi və sağlam dini mühitin təşviqi Azərbaycanın sabitlik və təhlükəsizlik modelinin mühüm elementlərindəndir.

Ramin Məmmədov eyni zamanda sosial şəbəkələrdə dini mövzuların məsuliyyətli şəkildə təqdim olunmasının vacibliyinə diqqət çəkib. Bildirilib ki, rəqəmsal platformalarda dini biliklərin təhrif olunmuş formada yayılması ideoloji risklər yarada bilər. Bu baxımdan din xadimlərinin sağlam dini düşüncənin və milli-mənəvi dəyərlərin təbliğində fəal rol oynamasının əhəmiyyəti vurğulanıb.

Görüşdə iştirak edən din xadimləri ölkədə mövcud birgəyaşayış ənənəsinin davamlı inkişafı, dini icmaların azad və qanunvericiliyə uyğun fəaliyyət göstərməsi üçün yaradılan şərait, eləcə də dövlət-din münasibətlərinin qarşılıqlı hörmət və etimad prinsipləri əsasında qurulmasına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

 

 

 

 

 

 

 


6-02-2026, 12:43 30

Digər xəbərlər

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1040