
Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində 2500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sumqayit.tv-nin məlumatına görə, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 10-da qəsəbənin Gecəqondu ərazisində yerləşən diametri 159 mm olan yeraltı qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq. Təmir işlərinə saat 13:00-dan etibarən başlanılması nəzərdə tutulur.
Təmir-bərpa işləri həyata keçirilən müddətdə ərazidə yerləşən 2500 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. İşlər başa çatdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa ediləcək.
10-02-2026, 12:28
46