
Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncama əsasən, pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Artımlar yanvarın 1-dən qüvvəyə minib və yanvar ayı üzrə hesablanan artımlar fevral pensiyası ilə birlikdə ödəniləcək.
Sumqayit.tv xəbər verir ki, Bakı ilə yanaşı Sumqayıt şəhərində də fevral ayı üzrə pensiyaların ödəniş tarixi açıqlanıb.
Məlumata görə, Sumqayıt şəhərində yaşayan pensiyaçıların fevral ayı pensiyaları fevralın 13-də, artımlarla birgə ödəniləcək.
Bundan sonra qrafikə uyğun olaraq ölkənin digər bölgələrində yaşayan pensiyaçıların, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin ödənişləri həyata keçiriləcək.
Qeyd edək ki, pensiyaların indeksləşdirilərək artırılması ümumilikdə 1,1 milyon pensiyaçıya, o cümlədən hərbi qulluqçulara və hüquq-mühafizə orqanları əməkdaşlarına şamil olunur. Bu məqsədlə dövlət büdcəsindən illik əlavə 640 milyon manat vəsait ayrılıb.
Eyni zamanda dövlət başçısının Sərəncamına əsasən, sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da ötən ilin inflyasiya səviyyəsinə uyğun olaraq 5,6 faiz artırılıb. /Milli.az
10-02-2026, 14:52
53