Sumqayıt Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilib
Sumqayıt Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilib.
Sumqayit.tv Ölkə.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Eldar Vəkil oğlu İsmayılov gətirilib.
Məlumata görə, iyunun 22-də Sumqayıt Şəhər Ağsaqqallar Şurasının seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Ağsaqqallar Şurasının nümayəndələri, şəhərin ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda keçirilən səsvermənin nəticələrinə əsasən, Eldar İsmayılov Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri seçilib.
Qeyd edək ki, Eldar İsmayılov 1949-cu ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. O, müxtəlif illərdə dövlət və ictimai vəzifələrdə çalışıb, 1991–1992-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərib.
Xatırladaq ki, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının əvvəlki sədri Təbrik Quliyev bir neçə gün əvvəl vəzifəsindən istefa verib.