Corat qəsəbə sakini M.Xəlilovdan ümumilikdə 708 qram heroin götürülüb. Sumqayit.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt ŞPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Corat qəsəbə sakini M.Xəlilov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 18 qrama yaxın heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 690 qram heroin götürülüb.