AQTA 91 ton yararsız ət aşkarladı

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi nəzarət tədbirləri həyata keçirilir, qanunsuz fəaliyyət göstərən, qida təhlükəsizliyi sahəsində mövcud tələblərə əməl etməyən sahibkarkar barəsində qanunvericiliyə uyğun zəruri tədbirlər görülür.

Sumqayit.tv xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev leş əti satılması iddialarına münasibət bildirərkən "Azərbaycan" qəzetinə bildirib.
"Agentlik fəaliyyətə başladığı gündən digər aidiyyəti qurumlar ilə birgə aparılan nəzarət tədbirləri zamanı qidaya yararsız, mənşəyi məlum olmayan, xəstə, ölmüş və ya aqoniya halında kəsilmiş mal və at ətlərinin tədarükü ilə məşğul olan şəxslər yaxalanmış, onlar barəsində toplanmış materiallar aidiyyəti üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Qida məhsullarının ölkəyə idxalı zamanı da ət və ət məhsullarının təhlükəsizliyinə dair nəzarət tədbirləri həyata keçirilir. Belə ki, yüksək risk qrupuna aid olduğunu nəzərə alaraq, hər məhsul partiyasından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına müayinə üçün təqdim edilir. Müayinə nəticəsinə əsasən təhlükəsizlik göstəriciləri ölkədə qüvvədə olan texniki-normativ hüquqi aktların tələblərinə uyğun olmayan məhsullar məhv edilir.
2021-ci ilin 6 ayı ərzində aparılmış nəzarət tədbirləri zamanı istifadəyə yararsız 91,63 ton ət və ət məhsulları agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib", - sədr müavini qeyd edib.

14-07-2021, 10:14 333

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041