"Yaşlandıqca külək daha güclü olur və həmişə qarşı tərəfdən əsir" - Dahi və xarizmatik Cek Nikolson



Cek Nikolson dahi və xarizmatikdir. O, kino üçün çox şey etdi və ondan ingilissayağı getdi. Bir ara aktyorun yaddaş problemi olduğu barədə şayiələr yayılmışdı, amma Nikolsonun dostlarından biri bunu daha asan izah etdi: “Cek layiqli bir sərvət qazanıb və öz zövqü üçün yaşamağı bacarır”.
Bəli, Cek Nikolsonun yaşı 80-dən yuxarıdır, amma ona qoca deməyə adamın dili gəlmir... Həmişə bu günlə yaşayıb və buna görə heç də peşman deyil. Təqaüdə çıxdıqdan sonra aktyor xeyli kökəldi, hələ də uşaqlarla birlikdə sevimli basketbol klubunun matçlarında zövqlə kartof qızartması yeyir (onun beş övladı var).
Moderator.az müdrikliyi və həyata yüngül münasibəti ilə tanınan aktyorun 20 ifadəsini oxucularına təqdim edir:
1. Yaşlandıqca külək daha güclü olur və həmişə qarşı tərəfdən əsir.
2. Məsləhətlərə nifrət edirəm – öz məsləhətlərimdən başqa.
3. Məni həqiqətlə vura bilərsən, amma heç vaxt yalanla mənə yazığın gəlməsin.
4. Heç kimə "ən yaxşı" məsləhətini vermə, çünki ona əməl etməyəcəklər.
5. Fikrimcə, öyrənməyi dayandırdığınız anda ölürsünüz.
6. İnternetdən ayrıldım: böyüklər üçün o qədər çirkli film var ki, sadəcə evdən çıxmağa vaxt tapmırsan.
7. Uzun müddət tək qalmaqdan qorxurdum. Tək olmağa alışmalıydım. Hələ də bəzən düşünürəm: oy-oy-oy, kiminləsə danışmalıyam, yoxsa havalanaram! Amma indi tək qalmağı sevirəm. Təmiz sözümdü. Tənhalıq böyük zinətdür.
8. Kişilər fiziki güclərinə görə dominantlıq edirlər və buna görə də qadının şəfqət göstərə bilmədiyi yerdə ürəyiyanan olurlar.
9. Heç kim heç vaxt Tom Henksin gecələr çılğınlıq etdiyini eşitməyib. Heç kim heç vaxt Tom Henksin mağazadan bir şey oğurladığını eşitməyib. Heç kim heç vaxt  məhkəmə xronikasında Tom Henks haqqında oxumayıb. Tomda bax, bunlar xoşuma gəlir - o heç vaxt özünü ələ vermir.
10. İnsanların aplombla (bilmədiyi şey haqda lovğalıqla danışmaq) danışdıqları yaş həddini artıq keçmişəm.
11. Mənim fəlsəfəm: bu günlə yaşa. Həqiqətən nə etmək istədiyinizi yarımçıq qoymayın.
12. Yalnız sevdiyiniz qadına və polisə yalan danışa bilərsiniz – qalan hərə kəsə həqiqəti söyləmək lazımdır.
13. Bir gün rəfiqəm dedi ki, sevmədiyin adamlarla dalaşma, sabah onu sevə bilərsən.
14. Gün eynəyi taxanda Cek Nikolson, onsuz kökəlmiş qocayam.
15. Bilirsiz, əgər kimsə yeni bir sinə və ya dodaqla məni tovlamaq istəyərsə, etiraz etmərəm. Amma etiraf etməliyəm ki, bu barədə qərəzli fikirlərim var. Çünki qırışlara əhəmiyyət vermirəm - həm özümün, həm də qadınların. Onlar mənə maraqlı görünür.
16. Uşaqlar həyatınıza rəng qataraq onu tamamlayır.
17. Yüngül həyat tərzi keçirən adam kimi tanınmağıma baxmayaraq, həmişə əsl romantik olmuşam və tez-tez sevgi naminə müxtəlif axmaqlıqlar etmişəm: pəncərələrdən tullanmışam, damlara çıxmışam.
18. Başqalarından özünə qarşı gözlədiyin rəftarı sən də onlara göstər – din də bunu buyurur.
19. Ya dünyanı sən yaradırsan, ya da dünya səni yaradır.
20. Bütün qəbul edilmiş inanclara qarşıyam. Mənim dinim kortəbii deyil, bu günlə yaşamaqdan qaynaqlanır. Köhnə klişedir, bilirəm, amma mənimdir.

4-08-2021, 13:16 322

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041