Azərbaycan nümayəndə heyəti Türkiyədə yeni kartof sortları ilə tanış olub


Sumqayit.tvnin verdiyi məlumata görə, "Sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması layihəsi" çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə səfəri baş tutub. 16-21 avqust tarixlərində baş tutan səfər çərçivəsində nümayəndə heyəti kartof istehsalı üzrə ixtisaslaşmış qurumlarda təşkil olunan görüşlərdə iştirak edib. Səfərin təşkil olunmasında  əsas məqsəd Türkiyənin kartof istehsalı sahəsində tətbiq etdiyi müxtəlif texnologiyalar və yeniliklərlə tanış olmaq, layihə çərçivəsində bu təcrübənin Azərbaycanda tətbiqi imkanlarını araşdırmaqdır.
Nümayəndə heyəti Niğdə şəhərində yerləşən Kartofçuluq üzrə Təqdqiqat İnstitutuna baş çəkib, İnstitutun infrasturukturu, yeni istifadəyə verilmiş inzibati binası, laboratoriyaları, istixanaları və əkin sahələri ilə yaxından tanış olublar. Daha sonra İnstitutun rəhbəri Uğur Pırlakın və İnstitutun mütəxəssisləri ilə görüş keçirilib. İştirakçılara İnstitutun ümumi fəaliyyəti, strukturu, aparılan tədqiqatlar və bölgədə görülən işlərə dair təqdimat nümayiş etdirilib. Nümayəndə heyəti İnstitutun tərkibində fəaliyyət göstərən “Yetişdirmə və Genetika”, “Kartof xəstəlikləri və Texnoloji test” laboratoriyaları ilə tanış olublar. Bildirilib ki, burada müxtəlif torpaq-iqlim şəraitinə, xəstəlik və zərərvercilərə dayanıqlı sortların yaradılması üzrə geniş işlər həyata keçirilir. Gələcəkdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və Türkiyə Respublikasının Kartofçuluq Tədqiqat İnstitutunun kartof sortlarının seleksiya işlərinə cəlb olunmasının perspektivləri müzakirə edilib. Həmçinin, burada yeni texnologiya ilə aerofonikada virussuz kartof miniyumrularının yetişdirilməsi prosesi xüsusi maraqla qarşılanıb. Bu texnologiyanın Tərəvəzçilik ETİ-da tətbiq edilməsi ilə bağlı müzakirələr aparılıb, xüsusilə emal yönümlü sortların ölkəmizdə seleksiya yolu ilə alınması və onların gələcəkdə geniş sahələrdə əkilərək istehsal edilməsi barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində iştirakçıların nəhəng yeraltı anbarlara ziyarəti baş tutub. Onlar ilk olaraq Niğdə və Nevşehir şəhərinin yaxınlığında yerləşən kartof saxlanması üçün istifadə olunan yeraltı anbarlar ilə tanış olublar. Bu yeraltı anbarların ən mühüm özəlliyi soyuducu avadanlığı olmadan təbii olaraq soyuq temperatura malik olmalarıdır.
Daha sonra iştirakçılar Konya şəhərində təşkil olunan Türkiyənin ən böyük kartofçuluqla bağlı nümayiş-sərgisi hesab olunan "Kartof Günləri" adlı festivalda iştirak edib. Türkiyənin kartof istehsalı ilə məşğul olan iri şirkətlərin iştirakı ilə keçirilən sərginin başlıca özəlliyi, stendlərin öncədən əkilmiş və nümayişə hazır əkin sahələrinin yanında quraşdırılaraq məhsulların təqdim olunmasındadır. Sərgidə Türkiyənin Kartofçuluq Təqdqiqat İnstitutu da iştirak edərək milli sortlarını təqdim edib.
Sərgidə kartof istehsalçılarə, kartofçuluqla bağlı kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlar istehsal edən şirkətlərlə fikir mübadiləsi aparılıb və bu sahədə əməkdaşlıq əlaqələri qurulub. Həmçinin, Azərbaycan nümayəndə heyətinin Türkiyənin Kartofçuluq üzrə Təqdqiqat İnstitutun əkin sahələrinə səfərlər baş tutub və tarla əkinlərinə dair müşahidələr aparılıb.

26-08-2021, 11:33 217

Digər xəbərlər

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

Sumqayıtın tanınmış ictimai-siyasi siması Qüdrət Kərimov vəfat edib

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 17:12
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
3-07-2025, 17:30
1 2 3 4 5 6 7 8 9 10 ... 964