Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

 
Bakıda özəl liseydə müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib.

Sumqayit.tv xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, yeniyetmə 2010-cu ildə Sumqayıt şəhərində anadan olub və burada qeydiyyatdadır. O, hazırda Bakıda fəaliyyət göstərən “İdrak” liseyinin 10-cu sinif şagirdidir.

Məhkəmə iclasında yeniyetmənin qanuni nümayəndəsi qismində anasının iştirak etdiyi bildirilib.

Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə onun yetkinlik yaşına çatmadığını əsas gətirərək məhkəmə baxışının qapalı keçirilməsi və həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb.

Vəkil çıxışında bildirib ki, yeniyetmə törətdiyi əmələ görə peşmandır, zərərçəkmiş tərəflə barışıq əldə olunub və onun müsbət xarakterizə olunduğunu təsdiqləyən sənədlər məhkəməyə təqdim edilib.

Zərərçəkmiş şəxsin nümayəndəsi də vəsatətə etiraz etməyərək tərəflər arasında barışığın əldə olunduğunu bildirib.

Bununla belə, məhkəmə vəsatəti təmin etməyib və yeniyetmənin həbsdə qalmasına qərar verib.

Növbəti məhkəmə prosesi iyulun 1-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib. Məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılması nəticəsində müəllim xəsarət alıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə yekun ittiham elan olunub.


17-06-2026, 13:17 59

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102