Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

 

Bu ilin yanvar-may aylarında Azərbaycandan 124 min 028 ton azot gübrəsi ixrac edilib.

Sumqayit.tv xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac olunan məhsulun ümumi dəyəri 53,5 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə azot gübrəsinin ixrac dəyəri 2,2 dəfə, həcmi isə 32,2 faiz azalıb.

Qeyd edək ki, Azərbaycanın əsas qeyri-neft ixrac məhsulları sırasında yer alan azot gübrəsinin ümumi qeyri-neft ixracındakı payı 1,04 faiz təşkil edib.

Azərbaycanda istehsal olunan karbamidin əsas hissəsi Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən “SOCAR Karbamid” zavodunun payına düşür. 2019-cu ildə istifadəyə verilən müəssisə ildə 650-660 min ton karbamid istehsal etmək gücünə malikdir.

Zavodda istehsal olunan məhsulun təxminən 70 faizi xarici bazarlara ixrac olunur. Müəssisə həm ölkənin qeyri-neft ixracının artırılmasında, həm də Sumqayıtın sənaye potensialının gücləndirilməsində mühüm rol oynayır.

Xatırladaq ki, bu ilin ilk beş ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 20,8 milyard ABŞ dollarına çatıb. Bu məbləğin 13,97 milyard dollarını ixrac, 6,82 milyard dollarını isə idxal əməliyyatları təşkil edib.


16-06-2026, 17:11 74

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102