Sumqayıt şəhərində evdən oğurluq edən qadın polis əməkdaşları tərəfindən saxlanılıb.
Sumqayit.tv xəbər verir ki,Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən şəxs polisə müraciət edərək yaşadığı mənzildən ümumi dəyəri 4 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun bundan əvvəl də başqa şəxsə məxsus planşeti oğurladığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.