İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

15 İyun 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaq və vətəndaş qarşıdurması təhlükəsindən xilas etməsinin ildönümü, eyni zamanda Türkiyə ilə Azərbaycan arasında imzalanmış tarixi Şuşa Bəyannaməsi münasibətilə İzmirdə tədbir keçirilib.


Tədbir Azərbaycanın Türkiyədəki mədəniyyət elçilərindən biri, aktrisa və diaspora fəalı Roza İbadova Kocamazın təşəbbüsü ilə İzmirin Engellilər Parkında baş tutub. Tədbirdə İzmirdə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş gənclər də iştirak ediblər.


Roza İbadova Kocamaz çıxışında Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və möhkəmlənməsində müstəsna xidmətləri olan Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib. Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan proqramda Əli Poladzadə və Sərvər Həsənovun ifasında Azərbaycan musiqisinin gözəl nümunələri səsləndirilib.


Tədbir yalnız bir anım mərasimi deyil, həm də tarixə, milli kimliyə və ortaq dəyərlərə bağlılığın nümayişi olub. Gənclərin öz keçmişinə sahib çıxması, tarixini öyrənməsi və milli yaddaşı yaşatması iştirakçılar tərəfindən ümidverici hal kimi dəyərləndirilib.


Azərbaycan və Türkiyə gənclərinin birlikdə iştirak etdiyi tədbirdə “Bir millət, iki dövlət” anlayışının sadəcə söz deyil, yaşayan bir qardaşlıq nümunəsi olduğu bir daha öz təsdiqini tapıb.


Keçmişini unutmayan, köklərindən güc alan və gələcəyə inamla addımlayan gənclər Türk dünyasının sabahı üçün ən böyük ümid mənbəyidir. İzmirdə keçirilən bu tədbir də göstərdi ki, milli ruhu yaşadan və onu gələcək nəsillərə ötürən gənclik olduqca Azərbaycanın və Türk dünyasının gələcəyi etibarlı əllərdədir.

 

 

 

 

 

 

 

 


 


 


 


 


 


 


 


16-06-2026, 01:40 135

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102