Sumqayit.tv xəbər verir ki, “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin ilk mərhələsinə start verilib.
Bu mərhələdə komandalar zirehli döyüş maşınlarında marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edib, minaatanlar, qumbaraatanlar və pulemyotlardan atəş tapşırıqları yerinə yetiriblər.
Fərdi mərhələnin nəticələrinə əsasən hərbçilərimiz bütün hədəfləri sərrast atəşlə məhv ediblər.
Hakimlərin qərarına görə hərbçilərimiz doqquz komanda arasında üçüncü yerə layiq görülüblər.
Qazaxıstan və Rusiya müvafiq olaraq 1-ci və 2-ci yeri qazanıblar.
https://youtu.be/h3Crhj2hG4c