Qoşqar Təhməzli Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb.
Sumqayit.tv xəbər verir ki, görüş çərçivəsində qida təhlükəsizliyi sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq üzrə Saziş”in və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq üzrə Saziş”in imzalanması prosesinin sürətləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Ölkəmizdə heyvan sağlamlığının təmin olunması və baytarlıq nəzarəti sahəsində işin daha səmərəli təşkili, həmçinin heyvanların identifikasiyası sisteminin qurulması ilə bağlı məsələləri diqqətə çatdıran AQTA sədri Q. Təhməzli  qida təhlükəsizliyi,  heyvan və bitki sağlamlığı sahələrində birgə əməkdaşlığın bundan sonra da genişləndiriləcəyini vurğulayıb.
Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli qeyd edib ki, Azərbaycan və Türkiyə arasında qida və kənd təsərrüfatı məhsulları üzrə ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə iki ölkənin müvafiq qurumları arasında səmərəli əməkdaşlıq qurulub.
Tərəflər qida məhsullarının idxal-ixracına nəzarət prosesini sürətləndirmək məqsədilə elektron sistemlərin uyğunlaşdırılması və elektron sertifikatların tanınması üzrə işlərin həyata keçirilməsi, qida məhsullarının izlənilməsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi istiqamətində müzakirələr aparıb. Görüşdə həmçinin işğaldan azad olunmuş rayonlarda heyvan xəstəliklərindən azad zonanın (HXAZ) yaradılması üzrə əməkdaşlıq, xəstəlikdən azad zona yaradılana qədər xüsusi karantin prosedurlarını tətbiq etməklə diri heyvan və heyvan mənşəli məhsulların Türkiyəyə ixrac imkanlarının nəzərdən keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi”, eləcə də “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə Birgə Fəaliyyət Planı” və bir sıra digər memorandum və saziş layihələri imzalanıb.


29-09-2021, 12:45 170

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065