Türkiyə XİN NETFLİX -ə etiraz etdi - səbəb BU FİLMdir

 



Türkiyənin Xarici İşlər Nazirliyi 1974-cü il Kıbrıs Sülh Hərəkatını təhrif edən və yunan tərəfi üçün təbliğat aparan "Famaqusta" serialı və Netflix platformasına etiraz edib.
Musavat.com xəbər verir ki, nazirlikdən verilən açıqlamada qeyd olunur ki, "Famaqusta" adlı serial tarixi həqiqətləri təhrif edərək Cənubi Kıbrıs Rum Administrasiyasının qara propaqandasına xidmət edir. Bu serial 1963-74-cü illərdə gözlərini qan örtmüş yunanlı dəstələrin qətliamına məruz qalan Kıbrıs türklərinin əziz xatirələrinə böyük hörmətsizlik edir. 
thumbs_b_c_243fc726a6813d508381085a5c799b23.jpg (316 KB)
Xarici İşlər Nazirliyinin bəyanatı belədir:
"Rəqəmsal platformada yayımlanacaq "Famaqusta" adlı serial tarixi faktları təhrif edərək Cənubi Kıbrıs Rum Administrasiyasının qara təbliğatına xidmət edir.
Bu serial 1963-74-cü illərdə qaniçən Rum quldur dəstələri tərəfindən qətlə yetirilən Kipr türklərinin əziz xatirələrinə böyük hörmətsizlik edir. Faktları olduğundan fərqli əks etdirmək üçün edilən bu cür əbəs cəhdlər, milli davamız olan Kıbrıs uğrunda mübarizə əzmimizi daha da gücləndirir.
Kıbrıs qazilərimizi hörmətlə, şəhidlərimizi rəhmətlə yad edirik". 
ERSİN TATAR: ALƏT OLMAQ NETFLIX-Ə YARAŞMADI
Şimali Kıbrıs Türk Respublikasının (KKTC) prezidenti Ersin Tatar Netflix-in Kıbrıs Sülh Hərakatını təhrif edən və türk əsgərlərinə böhtanlar yağdıran yunan serialını yayımlayacağı ilə bağlı açıqlamasına reaksiya verib.
95078.jpg (58 KB)
Ersin Tatar
 
CNN TÜRK-ün yayımına qatılan E.Tatar bu açıqlamaları verib: "Reaksiyalar çox böyükdür, görürəm ki, həm Şimali Kıbrıs Türk Respublikası, həm də Türkiyə Respublikasından böyük etirazlar var. Bu məni məmnun etdi. Netflix-in birtərəfli perspektivi olan belə bir siyasi hadisəyə alət olması onlara qətiyyən yaraşmadı".
ÇELİK: YUNAN PROPAQANDASI
AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik sosial media hesabında yayımladığı mesajda bu ifadələrə yer verib: 
omer-celik.jpg (116 KB)
Ömər Çelik
"1974-cü il Kipr Sülh Əməliyyatını təhrif edən və yunan tərəfini təbliğ edən serialın 20 sentyabr tarixindən etibarən film platformasında yayımlanması çox narahatedicidir. Sülhü bərqərar edən və ədaləti təmin edən müdaxilənin yunan təbliğatının hədəfində olmasını qəbul edə bilmərik.
Bu serial vasitəsilə Kıbrıs Sülh Əməliyyatı, qəhrəman türk əsgəri, sülh və ədalət hədəfə alına bilməz".
TARİXİ FAKTLARI SSENARİLƏRLƏ ÖRT-BASDIR ETMƏK OLMAZ
Vitse-prezident Cevdet Yılmaz da NETFLİX-ə etirazını bildirib: "Tarixi həqiqətləri ssenarilərlə ört-basdır etmək olmaz. Yayım platformaları yunanların təbliğatına alət olmamalıdır. "Enosis xəyalları" ilə çevrilişə cəhd edən və Kıbrıs türklərini uşaq, yaşlı ayırmadan qətlə yetirən "yunan EOKA vəhşiliyi" film yox, gerçək idi. Bu qəddarlığın izləri bu gün hələ də Şimali Kıbrıs Türk Respublikasında görünməkdədir.
Hələ də Kıbrıs türklərinə aid kütləvi qəbirlər tapılır.  
cevdet-yilmaz-a-2104479.jpg (64 KB)
Cevdet Yılmaz
Nə edirlərsə, etsinlər, barış hərəkatı ilə başlayan və yarım əsrdir ki, davam edən sülh ortamını və KKTC (Şimali Kıbrıs Türk Respublikası) reallığını dəyişdirə bilməyəcəklər. 
Sülh Hərəkatı olmasa, bu gün fürsət düşəndə Qəzzada yaşanan qətliamın eynisini Kıbrıs türklərinə də rəva görməyəcəklərinə kim təminat verə bilər".

2-09-2024, 11:18 108

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041