Sorğu: İnsanlar süni intellektin səhvlərindən daha çox narahatdır

Dünya üzrə süni intellekt istifadəçiləri işlərini itirmək ehtimalından çox, çat-botların buraxdığı səhvlərdən narahat olduqlarını bildiriblər.

Sumqayit.tv xəbər verir ki, bu barədə Financial Times süni intellektdən istifadə ilə bağlı aparılan sorğunun nəticələrinə istinadən məlumat yayıb.

Sorğu iştirakçılarının 27 faizi süni intellektin buraxdığı səhvlərdən (“hallüsinasiyalar”) ehtiyat etdiyini bildirib. Respondentlərin 22 faizi iş yerlərinin itirilməsi və insan müstəqilliyinə təsirlə bağlı risklərdən narahat olduğunu deyib. Təxminən 16 faiz istifadəçi isə texnologiyanın insanların tənqidi düşünmə qabiliyyətinə mənfi təsir göstərə biləcəyini düşünür.

Araşdırma çərçivəsində 159 ölkədən “Claude” adlı çat-botun 80 mindən çox istifadəçisi ilə müsahibə aparılıb. Müsahibələr şirkətin “Claude Interviewer” adlı süni intellekt xidməti vasitəsilə həyata keçirilib.

Tədqiqata rəhbərlik edən alim Saffron Huan bildirib ki, süni intellektə münasibətdə regionlar arasında fərqlər var. Onun sözlərinə görə, Cənubi Amerika, Afrika, Cənubi və Cənub-Şərqi Asiya ölkələrində yaşayanlar Avropa, ABŞ və Şərqi Asiya ilə müqayisədə texnologiyaya daha nikbin yanaşırlar.

Alim qeyd edib ki, aşağı və orta gəlirli ölkələrdə insanlar süni intellektə daha müsbət baxır, çünki yüksək gəlirli ölkələrdə bu texnologiyanın təsiri daha çox hiss olunur.

Mütəxəssislər hesab edir ki, süni intellektin inkişafı ilə bağlı əsas narahatlıq yalnız iş yerləri deyil, həm də sistemlərin səhv qərarlar verməsi riskidir.

 


23-03-2026, 10:54 30

Digər xəbərlər

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Ferda Amin Sumqayıtda “Komedium” şousu ilə çıxış edəcək

Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Sumqayıtda məktəbin hasarı aşıb – güclü yağış fəsad törətdi - VİDEO

Müstəqillik Günü ilə bağlı deputatdan diqqətçəkən açıqlamalar

Sumqayıtda da filialı olan klinikanın rəhbərləri ilə bağlı məhkəmə işi gündəmdə

Sumqayıt Sənaye Parkına 16 milyon manatlıq yeni investisiya

Milli Məclisdə Sumqayıtla bağlı hakim təyinatı məsələsinə baxılır

“Sumqayıt” Saşa İliçlə yollarını ayırıb

Saakaşvilinin SON GÖRÜNTÜSÜ - Elə bir FOTO paylaşdı ki...

Sumqayıt da daxil olmaqla 3 şəhərdə əməliyyat: 40 kiloqram narkotik aşkarlanıb - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1058
Bu gün, 10:45
Dünən, 23:48
Dünən, 23:19
Dünən, 21:37
Dünən, 06:40
Dünən, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
25-05-2026, 19:26
25-05-2026, 19:23
25-05-2026, 19:18
25-05-2026, 19:10
25-05-2026, 19:06
25-05-2026, 19:03
25-05-2026, 16:59
25-05-2026, 14:54
25-05-2026, 14:17
25-05-2026, 13:25
25-05-2026, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 1058