Çində daha bir “Azərbaycan Ticarət Evi” açılıb


Çinin Hunan əyalətinin Canciaciye şəhərində “Azərbaycan Ticarət Evi” açılıb. Bu, Azərbaycanın Çində sayca 4-cü ticarət evidir. Bununla əlaqədar keçirilən tədbirdə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu, Canciaciye şəhər rəhbərliyi və şirkət nümayəndələri iştirak edib.

Sumqayit.tv
xəbər verir ki, tədbirdə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələri barədə danışıb, Canciaciye şəhərində açılan “Azərbaycan Ticarət Evi”nin əməkdaşlığa töhvə verəcəyini vurğulayıb.

Canciaciye şəhər merinin müavini Ouyan Bin “Azərbaycan Ticarət Evi”nin açılmasını əlamətdar hadisə kimi qiymətləndirib və şəhərin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Canciaciye şəhərində fəaliyyətə başlayan “Azərbaycan Ticarət Evi”ndə ölkəmizdə istehsal edilən qida və içki sənayesinə aid 50-ə yaxın məhsul nümayış olunacaq. 300 kv/m sahədə yerləşən Ticarət Evinin operatorları Çinin “Zhangjiajie Langrui” və “Sino-Foreign” şirkətləri Azərbaycandan birbaşa məhsul idxal edərək Ticarət Evində satışını həyata keçirəcək.
 
Məlumat üçün: Canciaciye Çinin Hunan əyalətinin əsas turist şəhəri hesab olunur. Pandemiyadan əvvəlki 2018-ci ildə şəhəri 80 milyondan çox turist ziyarət edib.

27-12-2021, 10:27 211

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086