Rusiya-Ukrayna müharibəsi neftin qiymətini artırdı


"Rusiya ilə Ukrayna arasındakı savaş dünya bazarlarına da təsirsiz ötüşməyib. Şərqi Avropadakı gərginlikdən təsirlənən birjalarda Brent markalı neftin qiyməti bir gündə 6 faiz artaraq 100 dolarlıq psixoloji həddi keçib".

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Brent neftinin 1 bareli 102 dollara təklif olunur:
"Aydındır ki, gündəlik 12 milyon barel neft hasil edən Rusiya enerji bazarında qiymətlərə təsirini qoruyub saxlayır. İnvestorlar Rusiyanın neft ixracatında dayanmaların olacağından ehtiyatlanırlar. Bu da neftin qiymətinə xüsusi təzyiq yaradır. Avropada baş verən savaş qitənin vahid puluna da təsirsiz ötüşməyib. Dünən dollara nisbətən 1.135 kursu ilə dəyişdirilən avro bu gün birjalarda 1.122 məzənnəsinədək ucuzlaşıb. Avropa İttifaqının sərhədlərində baş verən savaşdan qitə iqtisadiyyatı da təsirlənməkdədir.
Təbii ki, Rusiya iqtisadiyyatı da savaşdan qazanan tərəf deyil. Öncədən proqnozlaşdırdığımız kimi rubl dəyər itirməkdə davam edir. Bir gündə 7 faiz ucuzlaşan Rusiya pulunun dollara məzənnəsi artıq 90-a yaxınlaşır. Ötən həftəni 1 dollar 76 rubl kursu ilə başa vuran Rusiya valyutası hər dollarda 14 rubl bənd ucuzlaşıb. Rublun məzənnəsinin növbəti dövrdə dəyişməsi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların miqyasından da asılı olacaq. Görünən odur ki, regionda formalaşan yeni düzən fonunda hadisələr çox çevik olaraq dəyişməkdə davam edəcək".

24-02-2022, 11:16 338

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086