“Tesla” və “SpaceX”in sahibi, milyarder İlon Mask Rusiya Prezidenti Vladimir Putini təkbətək döyüşə çağırıb.
Bu haqda milyarder “Twitter” hesabında yazıb.
Mask qalib tərəfin mükafatının Ukrayna olduğunu qeyd edib.
Maraq üçün deyək ki, buna qədər milyarder Ukraynaya dəstəyini “Twitter” səhifəsində “Ukraynanı güclü tutun” və “Müharibənin əleyhinə olan böyük Rusiya xalqına rəğbətimi bildirirəm” cümlələri ilə bildirmişdi.