Haiti Prezidenti Jovenel Moizi şəxsi iqamətgahına naməlum şəxlərin hücumu zamanı öldürülüb.
Sumqayit.tv "TASS"a istinadla xəbər verir ki, bu barədə ölkənin baş naziri vəzifəsini icra edən Klod Cozef deyib.Onun sözlərinə görə, Prezidentin iqamətgahı yerli vaxtla gecə saat 01:00-də silahlı hücuma məruz qalıb.
"Naməlum şəxslər gecə Prezidentin iqamətgahına hücum edib, onların bəziləri ispan dilində danışıb. Həmin şəxslər Prezidenti güllələyiblər. Ölkənin birinci xanımı Martine Moiz yaralanıb. Birinci xanım xəstəxanaya yerləşdirilib", - baş nazir bildirib.