Sumqayıt–Abşeron regionunda yaşıl enerji siyasətinin yeni mərhələsi


Azərbaycan Prezidenti İlham Əliyevin “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirakı ölkəmizin enerji siyasəti tarixində mühüm hadisə kimi yadda qalıb. Dövlətimizin başçısının mərasimdə səsləndirdiyi fikirlər Azərbaycanın davamlı inkişaf modelinə sadiqliyini, enerji təhlükəsizliyinin möhkəmləndirilməsini və yaşıl enerji strategiyasının ardıcıl şəkildə həyata keçirildiyini aydın şəkildə ortaya qoyub.

Sumqayit.tv xəbər verir ki,bu fikirləri Milli Məclisin deputatı Səbinə Salmanova bildirib.

Deputatın sözlərinə görə, son illər Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib:

“Enerji sahəsində həyata keçirilən islahatlar da məhz bu strateji məqsədlərə xidmət edir. “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi bərpaolunan enerji mənbələrinin ölkənin enerji balansındakı payının artırılmasına, ənənəvi enerji resurslarından asılılığın azaldılmasına mühüm töhfə verir. Layihə eyni zamanda Azərbaycanın beynəlxalq iqlim təşəbbüslərinə qoşulmaqla qlobal ekoloji çağırışlara adekvat cavab vermək iradəsini nümayiş etdirir. Təmiz enerji istehsalı atmosferə atılan zərərli tullantıların azalmasına və ətraf mühitin mühafizəsinə real töhfə deməkdir.

S.Salmanova bildirib ki, Prezident İlham Əliyev “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsini Azərbaycanın həyatında əlamətdar bir gün kimi qiymətləndirib:

“Bu mühüm addım ölkənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və bərpaolunan enerji mənbələrinin geniş tətbiqi istiqamətində həyata keçirilən ardıcıl siyasətin məntiqi nəticəsidir. Yeni stansiyanın istifadəyə verilməsi təkcə enerji istehsalının həcminin artması anlamına gəlmir, eyni zamanda Azərbaycanın müasir çağırışlara uyğun, ekoloji cəhətdən məsuliyyətli inkişaf modelini seçdiyini nümayiş etdirir. Bu layihə ölkəmizin zəngin külək potensialından səmərəli istifadənin real nümunəsi olmaqla yanaşı, enerji balansında təmiz və dayanıqlı mənbələrin payının artırılmasına xidmət edir. Stansiyanın fəaliyyəti regionların sosial-iqtisadi inkişafına, innovativ texnologiyaların tətbiqinə və yeni imkanların yaranmasına da şərait yaradır. Bu baxımdan “Xızı–Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın gələcəyə hesablanmış enerji siyasətinin mühüm tərkib hissəsi və yaşıl inkişaf kursunda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir”.

Parlamentari onu da bildirib ki, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrin əsasən xarici investorların iştirakı ilə reallaşdırılmasıdır:

“Bu layihələr artıq genişmiqyaslı xarakter alıb və indiyədək bu sahəyə yüz milyonlarla dollar həcmində investisiya yönəldilib. Bu fakt Azərbaycanın yaşıl enerji sahəsində beynəlxalq maraq dairəsində olduğunu açıq şəkildə göstərir. Azərbaycan dövləti xarici sərmayələrin qorunmasına daim xüsusi həssaslıqla yanaşıb və bu prinsip uzun illərdir ardıcıl şəkildə təmin olunur. Ölkəmizdə icra olunan çoxsaylı neft və enerji kontraktları onilliklər ərzində dəyişməz şəkildə həyata keçirilib. Qəbul edilmiş qərarlara və bağlanmış müqavilələrə sonradan heç bir müdaxilə olunmayıb – nə paraqraf, nə maddə, nə də bir söz dəyişdirilib. Bu yanaşma gələcəkdə də dəyişməyəcək. Məhz bu sabitlik və hüquqi etibarlılıq xarici investorların Azərbaycana inamını formalaşdıran əsas amillərdəndir. Prezidentin çıxışında əks olunan bu yanaşma onu göstərir ki, Azərbaycan etibarlı tərəfdaş, verdiyi sözə sadiq dövlətdir. Burada öhdəliklər qanunla qorunur, razılaşmalar dəqiqliklə icra olunur. Sözün imza qədər dəyərli olması isə ölkəmizin beynəlxalq investisiya mühitində qazandığı yüksək nüfuzun əsas dayaqlarından biri kimi qiymətləndirilir”


10-01-2026, 19:43 109

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060