Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 714 yeni yoluxma faktı qeydə alınıb, 2 470 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sumqayit.tv-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.