Xamenei “vur!” əmri verdi – “İran viran qalacaq” – İsrail kəşfiyyatı İranda əl-qolunu sallaya-sallaya gəzir


Məlum olduğu kimi, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehrandakı iqamətgahında vurularaq öldürülüb. Onun İsrail kəşfiyyatı tərəfindən məhv edildiyi qeyd olunur. İddialara görə, Haniyə ilə bağlı məlumatları onun yaxın adamları qarşı tərəfə ötürüb. Bir müddət əvvəl isə ölkə prezidenti İbrahim Rəisi və XİN rəhbəri Hüseyn Əmir-Abdullahianın olduğu helikopter qəzaya uğramış, adıçəkilən şəxslər də daxil olmaqla bir neçə dövlət rəsmisi vəfat etmişdi. Baş verən ölümlərin ard-arda və İran ərazisində baş verməsi təsadüf ola bilərmi? Bu hər hansısa gizli proseslərdən xəbər verirmi?
Politoloq Zərdüşt Əlizadə Konkret.az-a açıqlamasında Haniyənin ölümünün təsadüf olmadığını qeyd etdi:
“Baxın, hazırda İranda baş verən qətl hədisəsinin arxasında İsrail dayanır. Aydındır ki, adıçəkilən ölkə kəşfiyyatı tərəfindən HƏMAS rəhbərinə qarşı əməliyyat təşkil olunub. İstər eks prezident İbrahim Rəisi, istərsə də İsmayıl Haniyə ölkənin Ali Rəhbəri Əli Xameneiyə yaxınlığı ilə tanınırdı. İndi təsəvvür edin ki, İran onları qoruya bilmədi. Düzdür, İran siyasətindən xəbəri olmayan bəzi insanlar iddia edir ki, Rəisi və Haniyə kimi şəxslər hakimiyyət qüvvələri tərəfindən məhv edilib. Olduqca absurd yanaşmadır. İran indiki düzənini çətinliklə qurub. İstəməz ki, kimsə bu quruluşu dağıtsın. Baxın, baş verən hadisələrin bir səbəbi var: İran kadr seçərkən bacarığa yox, sadiqliyə üstünlük verir. Ona görə də bəzi sahələrdə çatışmazlıqlara rast gəlinir. İsrail və digər ölkələrin kəşfiyyatı qonşu dövlət ərazisində rahatlıqla hərəkət edə bilirlər. Hətta onların məxfi sənədləri ABŞ və başqa ölkələr tərəfindən ələ keçirilib. Qeyd etdiyim kimi, baş verən bütün məsələlərin ardında düzgün olmayan kadr seçimləri dayanır”.
Z.Əlizadə iki ölkə arasında baş verə biləcək mümkün müharibə ehtimalından da danışdı:
“İran çalışır ki, İsrail geniş genişmiqyaslı müharibəyə başlamasın. Çünki güclər nisbəti onların xeyrinə deyil. Düzdür, hərbi əməliyyatlar başlasa, İsrail və ABŞ ciddi ziyan görə bilər, amma bunun qarşılığında İran viran qalacaq. Hər təxribatdan sonra Əli Xamenei “vur” əmri verir. Lakin əksər hallarda bunun nəticəsi olmur. Bu kimi ifadələrin hər biri yerli publikanı sakitləşdirmək üçündür. Qasım Süleymaninin ölümündən sonra ciddi nə baş verdi? Dediyim kimi, hakimiyyət nümayəndələri özlərini elə göstərmək istəyir ki, əhali onların hər bir addımını zəfər kimi qəbul etsin”.

1-08-2024, 13:17 162

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041