Elnarə Akimova: "Yekaterinburq faciəsi Rusiyanın nifrət siyasətinin göstəricisidir"

 “Rusiyada FTX əməkdaşlarının azərbaycanlılara qarşı həyata keçirdiyi qanlı əməliyyat sadəcə məişət kriminalı deyil. Bu, dövlət zorakılığı, beynəlxalq hüququn açıq şəkildə tapdanmasıdır”.
Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Yekaterinburq şəhərində azərbaycanlıların Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən döyülərək öldürülməsi barədə danışarkən deyib. Deputat qanlı olayı qətiyyətlə pisləyərək bildirib ki, bu ağır kriminal hadisəsi olmaqla yanaşı, həm də dövlət tərəfindən idarə olunan uzunmüddətli nifrət siyasətinin nəticəsidir.

“Yekaterinburqda azərbaycanlılara qarşı törədilən amansızlıq, hüquq-mühafizə adı altında həyata keçirilən qanunsuz zorakılıq faktları Rusiyanın milli konstitusiyasına, həmçinin bu ölkənin imzaladığı beynəlxalq insan hüquqları müqavilələrinə də ziddir. Məhkəmə qərarı olmadan binalara zorla daxil olunması, şəxslərin yerindəcə öldürülməsi və cəsədlərin ailələrə verilməməsi açıq hüquq pozuntusudur”,- millət vəkili vurğulayıb.

E.Akimova sosial-psixoloji və ideoloji aspektə toxunaraq əlavə edib ki, Rusiyada “kavkazets” stereotipi hələ də qüvvədədir. Lakin bu, artıq sadəcə etnik nifrət deyil, islamofobiya ilə də müşayiət olunur: Kremlə yaxın təbliğatçılar, xüsusilə Solovyov kimi şəxslər açıq anti-Azərbaycan çağırışları səsləndirir, müsəlman icmasına qarşı nifrəti körükləyirlər. Təsadüf yoxdur: bu, mərkəzdən idarə olunan nifrət kampaniyasıdır.

Faciənin Rusiyanın geopolitik nüfuzuna böyük zərbə vuduğunu xatırladan deputat qeyd edib ki, bu gün Ermənistanda Koçaryan, Sarkisyan və digər Moskvaya bağlı qruplar daha sərt revanşist ritorika ilə çıxış edirlər. “Məqsəd aydındır: Cənubi Qafqazı yenidən hərbi qarşıdurma ocağına çevirmək və Azərbaycanın strateji mövqeyini sarsıtmaq. Yekaterinburqdakı hadisələr bu böyük ssenarinin yalnız bir epizodudur”,- deyə millət vəkili bildirib.

Onun sözlərinə görə, Rusiyada baş verən bu ağır cinayətə cavab olaraq Azərbaycan yalnız diplomatik bəyanatlarla kifayətlənməməlidir: “Bu məsələ ölkəmizin beynəlxalq hüququn tribunallarında, o cümlədən AİHM-də sistemli şəkildə müdafiə edilməli, diaspor təşkilatlarımız isə hüquqi maarifləndirmə və informasiya müstəvisində daha fəal olmalıdır. Çünki bu, tək bir cinayət hadisəsi deyil — bu, bütün millətin təhlükəsizlik məsələsidir”.

29-06-2025, 23:13 313

Digər xəbərlər

Heydər Əliyevin qayıdışı və Azərbaycanın qurtuluş missiyası

Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-FOTOTLAR

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turniri başa çatıb-FOTOLAR

Sumqayıtda kanalizasiya daşdı: Sakinlər 3 gündür kömək gözləyir-VİDEO

Brianna Freyzer Sumqayıtda keçiriləcək Dünya Seriyasını buraxacaq

Qara Kölgə – Arif Ərşadın hekayəsi

"Sumqayıt"ın futbolçusu 6-9 ay yaşıl meydanlardan kənarda qalacaq

TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib

DÇ-2026: Braziliya və Türkiyə ilk oyununa çıxır – Günün proqramı açıqlandı

Atadan şok açıqlama: Oğlum küçə itlərinin hücumuna məruz qaldı

Sumqayıtda və bəzi rayonlarda ehsan süfrələri ləğv edildi - YENİ QAYDALAR

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib-FOTOLAR

Zakir Fərəcov 13-cü mikrorayonda sakinlərlə səyyar qəbul keçirib-FOTO/VİDEO

Novxanıda hotel ərazisində məktəbli vəfat edib – araşdırma aparılır

DİM magistratura imtahanı keçirəcək – 15 minə yaxın bakalavr iştirak edəcək

Abşeronun bəzi ərazilərində qaz təchizatı dayandırılıb

Azərbaycanda xarici kreditlər üzrə icra göstəricisi aşağı olub – Hesablama Palatası

Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Sumqayıt Azərbaycanın ən çox çirklənmiş ərazilərindən biri hesab olunur – Ekoloq

Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

1 2 3 4 5 6 7 8 9 10 ... 1063
Bu gün, 09:45
Dünən, 21:38
Dünən, 21:03
Dünən, 20:52
Dünən, 12:53
Dünən, 11:27
Dünən, 11:23
Dünən, 11:21
Dünən, 11:20
Dünən, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
12-06-2026, 11:49
12-06-2026, 11:40
11-06-2026, 13:16
11-06-2026, 10:15
11-06-2026, 09:25
11-06-2026, 09:14
10-06-2026, 21:42
10-06-2026, 18:54
10-06-2026, 17:32
10-06-2026, 14:26
10-06-2026, 14:12
10-06-2026, 11:13
10-06-2026, 10:19
10-06-2026, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
9-06-2026, 16:25
9-06-2026, 15:35
9-06-2026, 14:32
9-06-2026, 12:06
8-06-2026, 22:22
8-06-2026, 18:24
8-06-2026, 16:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1063