Səbinə Salmanova: Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli kimliyimizin təntənəsidir

 
Hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dərin qürur, yüksək milli ruh və böyük coşqu ilə qeyd edilir. Bu əlamətdar tarix Azərbaycan xalqının milli birlik, həmrəylik və azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinin bariz ifadəsidir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız təqvim bayramı deyil, eyni zamanda, milli kimliyimizin, tarixi yaddaşımızın və müstəqil dövlətçilik düşüncəmizin ideoloji əsaslarını özündə ehtiva edən mühüm ictimai-siyasi gündür.

Bu fikirləri Milli Məclisin deputatı Səbinə Salmanova səsləndirib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə tarixi qərar qəbul olunub. Daha sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən bu günün rəsmi bayram kimi təsdiqlənməsi azərbaycançılıq ideologiyasının dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildiyini təsdiq edib:

“Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini hər zaman milli təhlükəsizlik və dövlət maraqları baxımından strateji əhəmiyyətə malik məsələ kimi qiymətləndirib. Onun “Xalqları dil qədər, milli-mənəvi dəyərlər qədər, ənənələr qədər birləşdirən başqa bir vasitə yoxdur” fikri bu gün də öz aktuallığını qoruyur və milli həmrəyliyimizin ideoloji əsasını təşkil edir”.

Deputat vurğulayıb ki, 2001-ci il noyabrın 9-10-da keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı bu siyasətin praktik müstəvidə həyata keçirilməsinin parlaq nümunəsi olub. “Qurultayda dünyanın 36 ölkəsində fəaliyyət göstərən 200-dən artıq diaspor təşkilatını təmsil edən 406 nümayəndənin iştirakı azərbaycanlıların vahid milli məqsədlər ətrafında birləşmək əzmini nümayiş etdirib. Qurultayda qəbul edilən qərarlar dünya azərbaycanlılarının fəaliyyətinin koordinasiyasında mühüm mərhələ olub. Qurultay çərçivəsində qəbul olunmuş müraciətlərdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışlar Azərbaycanın haqlı mövqeyinin dünya miqyasında çatdırılmasına xidmət edib", - deyə o diqqətə çatdırıb.


Səbinə Salmanova qeyd edib ki, 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər xalqımızın milli həmrəyliyinin, dövlətə və orduya olan sarsılmaz inamının bariz nəticəsi olub. Bu tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünü bərpa edib, xalqımızın milli ləyaqətini və tarixi ədaləti təmin edib. Prezident İlham Əliyevin “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” fikri bu Qələbə ilə real məzmun kəsb edib: ”Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə xaricdə yaşayan soydaşlarımızın nümayiş etdirdiyi yüksək fəallıq milli həmrəyliyimizin qlobal miqyasda təzahürü olub. Diaspor təşkilatlarımız yaşadıqları ölkələrdə informasiya müharibəsində fəal iştirak edərək Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırıblar".

Deputat deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müasir Azərbaycan dövlətçiliyinin ideoloji dayaqlarından biridir: ““Mən azərbaycanlıyam!” deyən hər bir soydaşımız bu günü həyat fəlsəfəsi kimi qəbul edir. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız bundan sonra da birlik və həmrəylik şəraitində yeni tarixi uğurlara imza atacaq. Milli birliyimiz, xalq–iqtidar həmrəyliyi və güclü dövlətçilik iradəsi Azərbaycanı daha böyük qələbələrə və davamlı inkişafa aparacaq", - deyə o vurğulayıb.


30-12-2025, 15:25 86

Digər xəbərlər

"Sumqayıt” və digər iki klub azarkeş davranışına görə cərimələndi

Bu şəxslərə ŞAD XƏBƏR - Evlərini dövlət təmir edəcək

Sumqayıtlı şagird beynəlxalq proqramlaşdırma müsabiqəsində bürünc medal qazanıb

Səbinə Salmanovanın təşəbbüsü ilə Sumqayıt məktəbliləri Xocalı soyqırımının 34-cü ildönümündə Memorial Soyqırımı Muzeyini ziyarət edib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş xanım şəhid Sumqayıtda torpağa tapşırılacaq - FOTO

Sabah Ramazanın ilk günüdür: İmsak, iftar, dua

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

Sumqayıtdə kolleclərə sənəd qəbulu bu gündən başlayır

Rüşvət ittihamlı sabiq rəisin işi Sumqayıt məhkəməsində

TƏBİB-lə Səhiyyə Nazirliyi birləşdirilir? - AÇIQLAMA

Beynəlxalq futbol həyəcanı Sumqayıtda – “FIFA Series – 2026”nın finalı burada keçiriləcək

Sumqayıt sakini Temu və kargo şirkətindən şikayətçidir: “Bağlama səbəbsiz geri qaytarılıb, hüquqlarım tapdanır”

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər

Sumqayıtda yerləşən “Tullantıları İdarəetmə Mərkəzi” maliyyə auditi üçün kotirovka elan edib

Ramazan ayı başlayır - Təqvim açıqlandı

İzmir Xocalı Soyqırımının 34-cü İldönümünə hazırlaşır - FOTO

Sumqayıtda yol və kanalizasiya problemi sakinləri çətin vəziyyətdə qoyub – Təcili yardım belə gəlmir- VİDEO

Strateji etimadın siyasi enerjisi: Bakı–Belqrad xəttində inkişaf və ortaq gələcək

Sumqayıtda mənzildə baş verən yanğın söndürülüb

1 2 3 4 5 6 7 8 9 10 ... 1019
Bu gün, 14:44
Bu gün, 14:37
Bu gün, 13:34
Bu gün, 11:41
Bu gün, 11:24
Bu gün, 10:49
Bu gün, 10:46
Bu gün, 10:20
Dünən, 18:12
Dünən, 17:42
Dünən, 17:01
Dünən, 16:55
Dünən, 16:38
Dünən, 12:20
Dünən, 12:08
Dünən, 11:44
Dünən, 11:39
Dünən, 11:02
Dünən, 10:34
Dünən, 10:20
16-02-2026, 16:36
16-02-2026, 15:58
16-02-2026, 15:50
16-02-2026, 15:43
16-02-2026, 15:08
16-02-2026, 15:06
14-02-2026, 19:08
14-02-2026, 18:50
14-02-2026, 14:38
14-02-2026, 12:53
14-02-2026, 11:31
13-02-2026, 22:10
13-02-2026, 09:45
13-02-2026, 09:30
13-02-2026, 09:06
13-02-2026, 00:32
12-02-2026, 19:05
12-02-2026, 15:50
12-02-2026, 13:44
12-02-2026, 13:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1019