Sumqayıtda yağışın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir-FOTO

 

Son günlər müşahidə olunan intensiv və fasiləsiz yağıntılar nəticəsində Sumqayıt şəhərinin bir sıra ərazilərində çətinliklər yaranıb.

Sumqayit.tv xəbər verir ki, mövcud vəziyyətin aradan qaldırılması məqsədilə aidiyyəti qurumlar tərəfindən tədbirlər gücləndirilmiş rejimdə davam etdirilir. Hazırda şəhərin müxtəlif hissələrində su basmış ərazilərin təmizlənməsi, yağış sularının kənarlaşdırılması, kanalizasiya xətlərinin açılması və digər zəruri işlər həyata keçirilir. Məlumata görə, bu tədbirlər xüsusi briqadalar tərəfindən fasiləsiz olaraq icra olunur.

İntensiv yağıntıların normadan artıq olması nəticəsində mərkəzləşdirilmiş kanalizasiya xətlərində, xüsusilə bəzi kollektorlarda qəzalar qeydə alınıb. Qəzaların aradan qaldırılması istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi-nin yerli qurumları tərəfindən işlər davam etdirilir. Hazırda şəhərin 10-cu mikrorayon ərazisi, Koroğlu prospekti və digər problemli sahələrdə bərpa tədbirləri aparılır.

Qeyd olunur ki, şəhərdə mövcud kanalizasiya xətlərinin əksəriyyəti uzun illər əvvəl inşa olunub və istismar müddətini başa vurub. Bu səbəbdən intensiv yağıntılar zamanı bəzi ərazilərdə oxşar çətinliklərin yaranması mümkündür.

Məlumatda həmçinin bildirilir ki, problemin sistemli həlli məqsədilə İlham Əliyev tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı təsdiq olunub.

Proqram çərçivəsində Bakı, Sumqayıt və Abşeron ərazilərində su və kanalizasiya infrastrukturunun yenilənməsi nəzərdə tutulur. Yaxın illərdə Sumqayıt şəhərində də içməli su və kanalizasiya şəbəkəsinin genişləndirilməsi və mövcud sistemlərin mərhələli şəkildə modernləşdirilməsi planlaşdırılır.

 

 

 

 

 

 

 

 

 


7-04-2026, 14:38 168

Digər xəbərlər

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Bu gün, 15:57
Bu gün, 15:53
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
1 2 3 4 5 6 7 8 9 10 ... 1059