Bakı–Tbilisi qatarı yenidən yola düşür – deputatdan mühüm mesaj

COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin mart ayında dayandırılan Bakı–Tbilisi-Bakı sərnişin qatarının altı illik fasilədən sonra gündəlik əsasda yenidən fəaliyyətə başlaması region üçün mühüm hadisələrdən biridir. Bu qərar həm də Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəlməsinin növbəti göstəricisidir.

Sumqayit.tv xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Deputat bildirib ki, mayın 26-sı Gürcüstanın, 28-si isə Azərbaycanın Müstəqillik Gününə təsadüf edən bu qərar xüsusi siyasi və rəmzi məna daşıyır:

“Bu addım iki dost ölkənin qarşılıqlı etimada, ortaq maraqlara və regional əməkdaşlığa sadiqliyini nümayiş etdirir. Qərarın Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında keçirilən görüşdən sonra elan olunması isə layihənin dövlətlərarası strateji mahiyyətini bir daha təsdiqləyir. Azərbaycan ilə Gürcüstan arasında münasibətlər Cənubi Qafqazd sabitliyin, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın ən uğurlu nümunələrindən biri hesab olunur. İki ölkə arasında əlaqələr təkcə qonşuluq münasibətləri ilə məhdudlaşmır, eyni zamanda regional təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq baxımından mühüm geosiyasi əhəmiyyət daşıyır. Müstəqillik dövründən etibarən Bakı və Tbilisi arasında formalaşan qarşılıqlı etimada əsaslanan siyasi münasibətlər bu gün yüksək səviyyəyə çatıb. Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında keçirilən mütəmadi görüşlər, imzalanan sənədlər və həyata keçirilən birgə layihələr bunu açıq şəkildə nümayiş etdirir. Azərbaycan və Gürcüstan regionda həyata keçirilən ən böyük beynəlxalq layihələrin əsas iştirakçılarıdır. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Ərzurum qaz xətti və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr yalnız iki ölkənin deyil, bütövlükdə Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdirib. Bu layihələr nəticəsində Azərbaycan və Gürcüstan Şərqlə Qərbi birləşdirən mühüm körpüyə çevriliblər”.

Onun sözlərinə görə, Azərbaycan son illərdə dünyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmək istiqamətində ardıcıl siyasət həyata keçirir:

“Möhtərəm Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü strategiya nəticəsində ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında əsas tranzit qovşaqlarından biri statusunu qazanıb. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir magistral yollar, beynəlxalq hava limanları və yenilənmiş dəmir yolu infrastrukturu Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə artırır. Bakı–Tbilisi–Qars layihəsi isə bu böyük logistika sisteminin əsas sütunlarından biridir. Təsadüfi deyil ki, dövlətimizin başçısı dəmir yolu infrastrukturunun inkişafını daim prioritet istiqamət kimi qiymətləndirib”.

S.Salmanova qeyd edib ki, Bakı–Tbilisi-Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlaması turizm sektoruna mühüm töhfə verəcək:

“Bildiyiniz kimi, qatar vasitəsilə səyahət həm daha sərfəli, həm də daha rahat olduğundan vətəndaşlar üçün əlavə imkanlar yaradacaq. Bu marşrut xüsusilə gənclər, tələbələr, turistlər və sahibkarlar üçün cəlbedici olacaq. İnsanların sərbəst hərəkəti humanitar əlaqələri gücləndirməklə yanaşı, iqtisadi aktivliyə də müsbət təsir göstərəcək. Sərnişin qatarının fəaliyyətə başlaması həmçinin otellər, restoranlar, xidmət sektoru və kiçik sahibkarlıq üçün əlavə gəlir imkanları yaradacaq. Hesab edirəm ki, Bakı–Tbilisi-Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlaması Azərbaycanın iqtisadi gücünü və tranzit imkanlarını daha da artıracaq”.


20-05-2026, 15:25 134

Digər xəbərlər

Sumqayıtlı gənc Rusiya-Ukrayna müharibəsində həlak olub

Şəhid Kənan Allahverdiyev adına küçəni zibil basıb – Sakinlər kömək istəyir-VİDEO

Toyuq tükü qalmaqalı: AQTA kolbasa istehsalını dayandırdı-FOTO

İyulun 15-də Abşeron və Sumqayıt çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

65 illik ömrünə Vətən sevgisi ilə yazılan həyat yolu-FOTOLAR

Qayınatasını bıçaqlayaraq öldürən şəxsə Sumqayıtda hökm oxundu

Deputat Elnarə Akimova, şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edib-FOTOLAR

Prezident İlham Əliyev Şuşada Slovakiya Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşüb-FOTO

Mehriban Vəliyeva: Şuşadan dünyaya verilən mesajlar Azərbaycanın strateji gücünü nümayiş etdirir

Qızını boşatdırmaq istədi, kürəkəni tərəfindən öldürüldü – Məhkəmə hökm çıxardı

Lisey və gimnaziyalara qəbul üçün seçim müddəti uzadıldı

Sumqayıtın deputatları Polad Həşimovun məzarını ziyarət etdi-FOTOLAR

Bu gün Milli Qəhrəman Polad Həşimovun anım günüdür

Sumqayıtda işlədiyi evdə halı pisləşən usta həyatını itirdi

Sumqayıtda sakinlərlə görüşlər davam edir-VİDEO

Sumqayıt–Saray və Ceyranbatan marşrutlarında kondisioner problemi: Sərnişinlər 9 və 522 nömrəli avtobuslardan şikayətçidirlərs

Sumqayıtda kanalizasiya xətti ilə bağlı narazılıq: Sakinlərdən pul istənildiyi iddia olunur

Utilizasiya proqramı genişlənir: Köhnə avtomobillər Sumqayıtda qəbul edilir

Güclü dövlət, milli birlik və dəyişən dünyanın Azərbaycan həqiqətləri

Əliyev: Tramp sələflərindən fərqli olaraq sülhə çalışdı, Zəngəzur dəhlizinin vacibliyini anlayır

1 2 3 4 5 6 7 8 9 10 ... 1080
Dünən, 21:04
Dünən, 20:00
Dünən, 18:27
Dünən, 17:41
Dünən, 16:39
Dünən, 15:54
Dünən, 15:35
Dünən, 14:22
Dünən, 14:16
Dünən, 13:16
Dünən, 12:57
Dünən, 11:55
Dünən, 11:35
Dünən, 11:28
13-07-2026, 21:37
13-07-2026, 19:14
13-07-2026, 17:53
13-07-2026, 17:51
13-07-2026, 16:50
13-07-2026, 16:17
13-07-2026, 16:17
13-07-2026, 16:15
13-07-2026, 16:07
13-07-2026, 16:05
13-07-2026, 15:59
13-07-2026, 15:49
13-07-2026, 15:38
13-07-2026, 14:27
13-07-2026, 13:38
13-07-2026, 13:36
13-07-2026, 13:32
13-07-2026, 12:46
12-07-2026, 21:52
12-07-2026, 21:16
12-07-2026, 16:48
12-07-2026, 14:53
12-07-2026, 14:49
12-07-2026, 14:47
12-07-2026, 12:46
12-07-2026, 09:30
1 2 3 4 5 6 7 8 9 10 ... 1080