Bazar ertəsi buğdanın qiyməti Avropa bazarında mütləq rekord qıraraq bir ton üçün 438,25 avroya çatıb.Bu barədə “France Press” (AFP) agentliyi məlumat yayıb.
“Bu, “Euronext” birjasında mütləq rekorddur. Əvvəlki rekord 2022-ci il martın 7-də buğda ticarətinin hər ton üçün 422,50 səviyyəsində olub”, – deyə Fransanın “Inter-Curtage” broker şirkətinin brokeri Damyen Verkambr qeyd edib.