Köməksiz vəziyyətdə qalan qayıq xilas edilib


Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və xilasetmə təd­birlərinin həyata keçirilməsi fəaliyyətləri davam etdirilir.   
Sumqayit.tv xəbər verir ki, sentyabr ayının 25-də saat 05:25 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Zirə istiqamətindən dənizə çıxmış və sahildən 10 km məsafədə köməksiz vəziyyətdə qalmış  qayığın 3 nəfər heyətinin xilas edilməsi üçün müra­ciət edildiyi barədə məlumat daxil olmuşdur.
Qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticə­sində Xəzər dənizinin mərkəzi hissəsində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən “Şah Dili” burnu istiqamətində sahil­dən təx­minən 7 km məsafədə 3 nəfər heyət üzvü olan taxta qayıq aşkar­lan­­mışdır.
Üzmə vasitəsinin heyəti gəminin göyərtəsinə təxliyyə olunaraq ilkin tibbi yardım göstərilmiş, qayıq isə yedəyə alınaraq sahilə çıxarılmışdır. Xilas edilmiş şəxslərin Bakı şəhər sakinləri 1996-cı il təvəllüdlü Zeynalov Elnur Sürəddin oğlu, 1989-cu il təvəllüdlü Məhərrəmov Rəşid Fikrət oğlu və 1992-ci il təvəllüdlü Fətullayev Rüfət Rauf oğlu olmaları müəyyənləşdirilmişdir.

28-09-2021, 16:43 187
Dünən, 21:43
Dünən, 21:39
Dünən, 21:34
Dünən, 21:24
Dünən, 20:25
Dünən, 20:15
Dünən, 19:58
Dünən, 17:39
Dünən, 17:29
Dünən, 17:20
Dünən, 12:07
Dünən, 11:49
24-10-2025, 12:58
24-10-2025, 12:25
24-10-2025, 12:09
24-10-2025, 11:58
24-10-2025, 11:39
24-10-2025, 09:32
23-10-2025, 21:59
23-10-2025, 15:50
23-10-2025, 10:22
23-10-2025, 10:16
23-10-2025, 10:04
23-10-2025, 09:57
22-10-2025, 22:36
22-10-2025, 13:53
22-10-2025, 12:11
22-10-2025, 10:21
22-10-2025, 09:52
21-10-2025, 13:50
21-10-2025, 11:03
21-10-2025, 10:51
20-10-2025, 23:57
20-10-2025, 21:42
20-10-2025, 17:51
20-10-2025, 12:16
20-10-2025, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
1 2 3 4 5 6 7 8 9 10 ... 974