Sumqayıtda aptek soyğunçuluğu: Əczaçıya zor tətbiq edən şəxs həbs edildi

 

Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Əziz Bədəlovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 

Sumqayit.tv xəvər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İlkin istintaq materiallarına görə, Əziz Bədəlov ardıcıl olaraq iki soyğunçuluq əməli törətməkdə ittiham olunur.


Belə ki o, 4 dekabr 2024-cü il tarixdə saat 22 radələrində Sumqayıt şəhərinin 48-ci məhəlləsində yerləşən “Buta” aptekinə müştəri qismində daxil olaraq, satış yerinə qanunsuz keçib. Bu zaman, əczaçı tərəfindən kassanın açılmasından istifadə edən Əziz oradan 245 manat nağd pulu açıq şəkildə götürərək hadisə yerindən qaçıb. Hadisə nəticəsində əczaçıya mənəvi, apteki təmsil edən hüquqi şəxsə isə 245 manat məbləğində maddi ziyan dəyib.


İttiham sənədlərinə görə, təqsirləndirilən şəxs növbəti gün – 5 dekabr 2024-cü ildə saat 01:00 radələrində digər aptekə daxil olaraq təkrar soyğunçuluq əməli törədib. O, “Natural” aptekdə əczaçıya qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edib, saçından dartmaq, əlini burmaq, ağzını bağlamaq və baş nahiyəsinə yumruqla vurmaqla fiziki zor tətbiq edib. Bu hərəkətlər nəticəsində zərərçəkmişə hər hansı ağır nəticə doğurmayan, dərəcəsi təyin edilməyən xəsarət yetirilib.


Daha sonra Əziz piştaxta üzərindəki qutudan 93 manat nağd pulu açıq şəkildə götürərək hadisə yerindən uzaqlaşıb. Baş vermiş hadisə nəticəsində əczaçı fiziki, aptekə aid olan "Bahar Pharma" MMC isə maddi ziyana məruz qalıb.
 

İstintaq orqanı bildirir ki, hər iki epizod təkrar soyğunçuluq əlamətləri ilə törədilmiş açıq talama faktları kimi qiymətləndirilir.


Hadisədən sonra Əziz Bədəlov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Xətai Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


9-12-2025, 16:14 51

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086