Sumqayıtda arvadını bıçaqlayan şəxsin kassasiya şikayəti niyə geri götürüldü?

 

Ali Məhkəmədə həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Allahverdi Mustafayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmənin detalları məlum olub.

Sumqayit.tv Pravda.az- a istinadən xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından məhkum tərəfindən kassasiya şikayəti verilib.


Kassasiya şikayətində apellyasiya instansiyasının qeyd olunan qərarının ləğv edilməsi, törədilmiş əməlin Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə tövsif edilməsi və təyin olunmuş cəzanın müddətinin azaldılması xahiş olunub.


Lakin Allahverdi Mustafayev 14 oktyabr 2025-ci il tarixdə cəza çəkdiyi 11 saylı Cəzaçəkmə Müəssisəsindən Ali Məhkəməyə ərizə ilə müraciət edərək, özü tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri götürülməsini xahiş edib.


Lakin şikayət ərizəsində səbəb göstərilməmişdi.


Məsələyə baxan məhkəmə kollegiyası iclasda dövlət ittihamçısının təqdim edilmiş ərizəyə etiraz etmədiyini nəzərə alaraq, məhkumun kassasiya şikayətini geri götürməsinin onun qanuni hüququ olduğunu bildirib və ərizənin təmin edilməsinə dair mövqeyini dinlədikdən sonra belə qənaətə gəlib ki, məhkumun müraciəti təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır.


Məhkəmə kassasiya şikayətinin geri qaytarılması barədə qərar qəbul edib.


Qeyd: Rəsmi məlumata görə, 2023-cü il yanvarın 6-da Xaçmaz rayonunun Hacılar kəndi ərazisində 1991-ci il təvəllüdlü Aynur Əhmədovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Allahverdi Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aynur Əhmədovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Allahverdi Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


İttiham aktına əsasən, Allahverdi Mustafayev qeyri-rəsmi nikah münasibətində olduğu arvadı Aynur Əhmədova ilə 2021-ci ilin oktyabr ayından ona qarşı soyuq münasibət bəsləməsindən, habelə yaşadıqları fərdi yaşayış evinin həyətindən ona məxsus olmayan siqaret kötüklərini tapmasına görə zərərçəkmiş şəxsi başqa bir kişi ilə ona xəyanət etməsindən şübhələnib. O, qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadını öldürmək qərarına gəlib. Hadisə günü sərxoş olan Allahverdi evdə azyaşlı övladlarının gözləri qarşısında mətbəx bıçağı ilə Aynurun bədəninə bir neçə zərbə endirərək ona xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Allahverdi Mustafayev məhkəmədə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilib. O, sərbəst ifadəsində və sualları cavablandırarkən deyib ki, hər bir ailədə olduğu kimi, həmin günü də onun ailəsində məişət mübahisəsi olub. Hadisə ailə mübahisəsi səbəbindən baş verib. Arvadını öldürmək niyyəti olmayıb, içkili imiş. Olay günü əsəbiləşib və qorxutmaq niyyəti ilə Aynuru bıçaqla vurub. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Ali Məhkəmədə şikayətə baxılarkən elan olunub ki, məhkum kassasiya şikayətini geri götürüb.


16-12-2025, 12:40 57

Digər xəbərlər

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Ferda Amin Sumqayıtda “Komedium” şousu ilə çıxış edəcək

Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Sumqayıtda məktəbin hasarı aşıb – güclü yağış fəsad törətdi - VİDEO

Müstəqillik Günü ilə bağlı deputatdan diqqətçəkən açıqlamalar

Sumqayıtda da filialı olan klinikanın rəhbərləri ilə bağlı məhkəmə işi gündəmdə

Sumqayıt Sənaye Parkına 16 milyon manatlıq yeni investisiya

Milli Məclisdə Sumqayıtla bağlı hakim təyinatı məsələsinə baxılır

“Sumqayıt” Saşa İliçlə yollarını ayırıb

Saakaşvilinin SON GÖRÜNTÜSÜ - Elə bir FOTO paylaşdı ki...

Sumqayıt da daxil olmaqla 3 şəhərdə əməliyyat: 40 kiloqram narkotik aşkarlanıb - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1058
Dünən, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
25-05-2026, 19:26
25-05-2026, 19:23
25-05-2026, 19:18
25-05-2026, 19:10
25-05-2026, 19:06
25-05-2026, 19:03
25-05-2026, 16:59
25-05-2026, 14:54
25-05-2026, 14:17
25-05-2026, 13:25
25-05-2026, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 1058