Sumqayıtda 340 minlik dələduzluğa görə cəza sərtləşdirildi

 
Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Hacı Hüseynlinin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Sumqayit.tv xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib. Zərərçəkmiş şəxslərin nümayəndələrinin apellyasiya şikayətləri təmin olunub, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü zərərçəkmiş şəxslərin apellyasiya şikayətlərinə əsasən dəyişdirilib. Hacı Hüseynliyə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


İttihama görə, Hacı Hüseynli etibardan sui-istifadə və aldatma yolu ilə külli miqdarda əmlak ələ keçirməkdə təqsirli bilinərək məhkum edilib.


Belə ki, o, yüksək vəzifəli tanışları vasitəsilə ayrı-ayrı şəxsləri həbsdən azad etdirmək imkanının olduğunu iddia edərək zərərçəkmiş F.F.-i (adı, soyadı şərtidir) aldadıb. Təqsirləndirilən şəxs ögey bacısının məhkəmələrinin birinin vəzifəli şəxsləri vasitəsilə azad ediləcəyinə dair yalan vədlər verərək zərərçəkmiş şəxsdən 20 oktyabr 2022-ci ildə 42 min manat, 29 oktyabr 2022-ci ildə 8 min manat, 19 dekabr 2022-ci ildə isə 30 min manat olmaqla ümumilikdə 80 min manat pul vəsaitini ələ keçirib və həmin vədləri yerinə yetirməyib.


Həmçinin məhkəmə müəyyən edib ki, Hacı Hüseynli digər zərərçəkmiş şəxsləri də aldadaraq təkrar dələduzluq əməlləri törədib. O, Sumqayıt şəhərində yerləşən 37 sot torpaq sahəsinin ona məxsus olması barədə həqiqətə uyğun olmayan məlumatlar verərək həmin torpaq sahəsini sənədləşdirəcəyinə dair yalan vədlərlə bir zərərçəkmiş şəxsdən 2023-cü ilin yanvar ayında 56 min manat pul alıb.


Bundan başqa, təqsirləndirilən şəxs eyni üsulla daha bir zərərçəkmiş şəxsi aldadaraq, torpaq sahəsini satacağına dair yalan vəd verib və 22 yanvar 2024-cü ildə 120 min ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 204 min manat məbləğində pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurub.


Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.


23-12-2025, 16:36 52

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086