
Sumqayıt şəhərində daha bir ərazidə yol çöküb.
Sumqayit.tv Musavat.com-a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində axşam saatlarında qeydə alınıb. Çökmə su borularının keçdiyi hissədə baş verib.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, hazırda çökmənin səbəblərinin araşdırıldığı bildirilir.
Xatırladaq ki, bundan əvvəl də şəhərin Üzeyir Hacıbəyli küçəsində avtomobil yolunda çökmə baş vermişdi
Bu gün, 16:42
7