Rusiya büdcəsində böyük kəsir yarandı


2022-ci ildə Rusiyanın büdcə kəsiri 3,3 trilyon rubla və ya ÜDM-in 2,3%-nə çatıb və ölkə tarixində ən böyük kəsirlərdən biri olub.
Sumqayit.tv
-in məlumatına görə Maliyyə naziri Anton Siluanov hökumətin iclasında qeyd edib ki, ötən il ölkə öz gəlir planını artıqlaması ilə yerinə yetirib, ümumi məbləğ, demək olar ki, 28 trilyon rubl təşkil edib ki, bu da nəzərdə tutulandan 2,8 trilyon rubl çoxdur.
Onun sözlərinə görə, bu, neft və qaz gəlirləri hesabına, enerji qiymətlərinin artması və qeyri-neft və qaz gəlirlərinin artımı hesabına əldə edilib.
Öz növbəsində, Rusiyanın baş naziri Mixail Mişustin bildirib ki, xərclər 31 trilyon rubldan çox olub.
“Biz xərclərin maliyyələşdirilməsi üçün əlavə resurslardan istifadə etdik, həmçinin maliyyə bazarından cəlb edilən vəsaitlərin həcmini artırdıq. Nəticədə büdcə kəsirimiz artaraq 3,3 trilyon rubl və ya ÜDM-in 2,3%-ni təşkil edib”, - nazir bildirib.
Qeyd edək ki, illik 3,3 trilyon rubl büdcə kəsiri Rusiya Federasiyası tarixində ən böyük kəsirlərdən biridir. Yalnız 2020-ci ildə, ölkədə koronavirus pandemiyası başlayanda və məhdudiyyətlər tətbiq edildikdə maliyyə kəsiri 4,1 trilyon rubla çataraq daha böyük olub.
Mənbə: rbc.ua


11-01-2023, 11:36 159

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041