“Carlsberg Azerbaijan” yerli arpadan “Xırdalan” pivəsinin istehsalına başlayıb


Ölkəmizdə ən böyük pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” şirkəti ilk dəfə yerli arpadan pivə istehsalına başlayıb. Sentyabrın 16-da zavodda pivə brendi “Xırdalan”ın yerli arpadan hazırlanmış ilk istehsal xəttinin açılışı olub.
Sumqayit.tv xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, “Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa regionu üzrə icraçı vitse-prezidenti Lars Lemann, “Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev və “Carlsberg Group”un regional nümayəndələri iştirak ediblər.  
İqtisadiyyat naziri Mikayıl Cabbarov bu ilin may ayında İqtisadiyyat Nazirliyi və “Carlsberg Azerbaijan” arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Nazirliklə şirkətin əməkdaşlığı “Made in Azerbaijan” brendli məhsulların xarici bazarlara daha çox çıxarılması və rəqabətqabiliyyətliliyinin təmin olunmasına xidmət edəcəkdir.  İqtisadiyyat naziri qeyd edib ki, pivə istehsalı sahəsinə 55 milyon manatdan çox sərmayə yatıran “Carlsberg Azerbaijan” şirkətinin fəaliyyətinin genişləndirilməsi və xammal bazasının lokallaşdırılması diqqətəlayiq haldır. Bu layihə ölkəmizdə yerli xammala əsaslanan istehsalın inkişafı və yeni iş yerlərinin açılmasında özəl sektorun payının artması istiqamətində mühüm addımdır.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda əlverişli biznes və investisiya mühitinin olduğunu vurğulayıb, sahibkarlıq sahəsində aparılan islahatlar barədə məlumat verib.
“Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa regionu üzrə icraçı vitse-prezidenti Lars Lemann Azərbaycanda yetişdirilən arpanın şirkətin tətbiq etdiyi bütün standartlara cavab verdiyini bildirib, xammal bazasının lokallaşdırılma layihəsinin önəmini vurğulayaraq, bunun Azərbaycanda investisiya cəlbediciliyinin daha da artırılması üçün uğurlu təcrübə olduğunu qeyd edib.
“Calrsbeg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev hazırda şirkətin tərəfdaşlarla birlikdə arpanın, həmçinin pivəbişirmə sənayesində istifadə edilən digər xammal növlərinin lokallaşdırılması üzərində çalışdığını bildirib. “Carlsberg Azerbaijan” və “AzərŞəkər” şirkətləri arpanın lokallaşdırılması üzrə pilot layihəsinə 2019-cu ildə start veriblər. Laborator tədqiqatlara əsaslanaq 2020-ci ildə əkin sahələri artırılıb. 2021-ci ildə yetişdirilmiş yerli arpadan pivə istehsalına başlanılıb. Bu ilin yanvar-iyul ayları ərzində şirkət tərəfindən istehsala 2,5 milyon manat investisiya yatırılıb. 2022-ci ildən başalayaraq istehsal prosesində bütövlükdə yerli arpadan istifadə olunması planlaşdırılır.
Qeyd: Carlsberg Azerbaijan” pivəbişirmə zavodunun illik istehsal gücü 8 milyon dekalitrdir. Şirkətdə 250-dək işçi çalışır və əlaqədar sahələrdə (təchizat, pərakəndə satış) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin məhsul portfelinə “Xırdalan”, “Carlsberg”, “Baltika”, “Əfsanə”, “Kronenbourg Blanc 1664”, “Seth&Riley's Garage” kimi markalar daxildir.
prevnext


16-09-2021, 15:19 246

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065