Şamaxıda üzümçü fermerlər üçün tarla seminarı keçirilib

Şamaxı rayonunda “Üzümçülükdə aqrotexniki, aqrokimyəvi və bitki mühafizə tədbirləri yüksək məhsuldarlığın və keyfiyyətin əsasıdır” mövzusunda tarla seminarı keçirilib. Kənd Təsərrüfatı Nazirliyi, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi üzümçülükdə aqrotexnoloji tədbirlərin həyata keçirilməsi qaydalarını fermerlərin diqqətinə çatdırmaqdır.
Sumqayit.tv xəbər verir ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun “Üzümün aqrotexnikası” şöbəsinin müdiri Azər Şükürov, “Üzümün emalı və şərabın texnologiyası” şöbəsinin aparıcı elmi işçisi Mövlud Hüseynov və Şamaxı DAİM-in nümayəndəsi Orxan Hüseynov tərəfindən tarla seminarı zamanı üzüm sortlarının məhsuldarlığı və məhsulun keyfiyyəti qiymətləndirilib, aprobasiya və seleksiya işləri davam etdirilib. Üzüm sortlarında şəkərliliyin miqdarı tarla refraktometri vasitəsilə müəyyən edilib, orqanoleptik və laborator analizlərlə əmtəəlik xüsusiyyətlərinin yaxşılaşdığı, şəkərliliyin və digər əhəmiyyətli göstəricilərin miqdarının yüksəldiyi məlum olub. Bundan başqa, süfrə üzümünü tənək üzərində uzun müddət saxlamaq üçün institutun mütəxəssisləri tərəfindən verilən məsləhətlər əsasında vacib tədbirlər həyata keçirilib. Üzüm tənəkləri mütəmadi nəzarətdə saxlanılıb və boz çürümə xəstəliyinə qarşı bir neçə dəfə funqisidlərlə- Kumulus 6-8 kq /ha, Botran 1,5-2,0 kq/ha, Heradion 1,0-1,5 kq/ha və s. çiləmələr aparılıb. İqlim dəyişikliyi və yağışların miqdarının kəskin azaldığı nəzərə alınaraq bəzi üzümlüklərdə növbəti təsərrüfat ilində damcı suvarma sisteminin quraşdırılması nəzərdə tutulub.
Təlim zamanı tarla refraktometri, xüsusi qayçı və bıçaqlar, mövsümə uyğun olaraq üzümçülüyə dair çap materiallarından istifadə edilib və bəzi əməliyyatlar praktiki olaraq həyata keçirilib.
Qeyd edək ki, təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” regional proqramına əsasən həyata keçirilir və Salyan, Şamaxı və İsmayıllı DAİM-lərinin üzümçülük sahəsində potensialının inkişaf etdirilməsi məqsədi daşıyır.
Şamaxıda üzümçü fermerlər üçün tarla seminarı keçirilib Şamaxıda üzümçü fermerlər üçün tarla seminarı keçirilib Şamaxıda üzümçü fermerlər üçün tarla seminarı keçirilib

23-09-2021, 13:05 196

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041