Torpaqlardan istifadədə dürüstləşdirmə işləri davam edir


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2021-ci il tarixli Fərmanına uyğun olaraq, torpaqlardan istifadədə mövcud uyğunsuzluqların aradan qaldırılması və nəzərdə tutulmuş tədbirlərin yekunlaşdırılması çərçivəsində dürüstləşdirmə işləri davam etdirilir. Fərmandan irəli gələn tapşırıqlara uyğun olaraq bu işlər 5 ay müddətində başa çatdırılacaq.
Qeyd edək ki, Xidmət tərəfindən torpaqların elektron kadastr uçotu işi ölkə ərazisində 51 rayon üzrə yekunlaşıb. 51 rayondan 47-də pay torpaqlarında uyğunsuzluqlarla bağlı fərqlərin aradan qaldırılması işlərinin icrasına başlanılıb. 47 rayondan 10-da (Ağsu, Qobustan, Hacıqabul, Salyan, Kürdəmir, Ucar, Ağcabədi, Ağdaş, Ağdam və Şamaxı rayonlarında) dürüstləşdirmə işləri yekunlaşdırılaraq nəticələr Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə inteqrasiya edilib.
Görülən işlər zamanı ilk növbədə sənədlərdəki məkan göstəriciləri ilə istifadədə olan faktiki göstəriciləri uyğun olmayan pay torpaqları dəqiqləşdirilir. Pay torpaqları ilə bağlı qarşıya çıxan problemlər torpağın yerləşdiyi ərazidə araşdırılaraq uyğunsuzluqlar aradan qaldırılır. Ərazi vahidi üzrə layihələr hazırlanıb kağız variantda müvafiq icra nümayəndəliyi və bələdiyyələrlə razılaşdırılır. Sonda dürüstləşdirilmiş məlumatlar Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə inteqrasiya edilir.
17 rayonda islahat zamanı ayrılmış pay torpaq sahələrinin sənədlərdəki məkan göstəricisi ilə faktiki istifadə göstəriciləri arasında fərq olan ərazilərin mülkiyyətçilərinin siyahısı dəqiqləşdirilərək onlardan yeni sənədlərin hazırlanması üçün dürüstləşmə işlərinin aparılmasına razılıq alınıb. 12 rayonda çöl-ölçmə işləri tamamlanıb, hazırda kameral işlər aparılır.  8 rayonda  isə çöl-ölçmə işləri davam etdirilir.
Vətəndaşların torpaq sənədlərindəki məlumatlarla faktiki vəziyyət arasındakı uyğunsuzluqlar çoxsaylı torpaq mübahisələrinə və qeydiyyat məsələlərində problemlərə səbəb olurdu. Bu işlər çərçivəsində torpaq islahatı ilə əlaqədar vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarına dair hüquqmüəyyənedici sənədlərdəki ölçülərlə faktiki ölçülər arasındakı fərqlərin tənzimlənməsi üçün normativ-hüquqi baza yaradılır. Bununla vətəndaşlar pay torpaqlarına dair hüquqi sənədləri Xidmətin ərazi ofislərinə təqdim edərək çıxarışları rahatlıqla əldə edə biləcəklər.
Qeyd edək ki, torpaqların elektron kadastr uçotunun qurulması və rəqəmsal xəritələrin hazırlanması işləri çərçivəsində pay torpaqlarının koordinatları, yerləşmə vəziyyəti, kadastr planı, o cümlədən hər bir mülkiyyətçiyə məxsus olan ərazinin sahəsi dəqiqləşir.

30-09-2021, 12:18 264

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065