Aqrar Sığorta Fondu 9 ayın nəticələrini açıqlayıb



Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta üzrə ölkədə rekord göstəricilər qeydə alınıb. Aqrar Sığorta Fondunun (ASF) məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında aqrar sığorta üzrə 3 milyon 906 min manat sığorta haqqı toplanılıb.

Sumqayit.tv xəbər verir ki, toplanan sığorta haqlarının və ödənişlərin böyük hissəsi heyvandarlıq sektorunu əhatə edir. Belə ki, kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə 3 milyon 268 min manat, əkin sahələriin sığortası üzrə isə 638 min manat sığorta haqqı toplanıb.
2021-ci ilik ilk 9 ayının nəticələri göstərir ki, aqrar sığorta sektoru Azərbaycanın sığorta sektorunda artım və inkişafının əsas drayverlərindən olacaq. Belə ki, bu dövrdə ölkə üzrə toplanan ümumi aqrar sığorta haqlarının (4 614  min manat) 85%-i, yəni 3 906 min manatı Fond tərəfindən toplanıb. 2021-ci ilin 9 ayı ərzində Aqrar Sığorta Fondu tərəfindən toplanan sığorta haqları buna qədər son 5 ilin ortalama məbləğini (2 010 min manat)  2 604 min manat və ya 2 dəfədən çox üstələyib.
Ayrı-ayrı sahələr üzrə daha ciddi artım müşahidə olunub. Belə ki, ilk 9 ayda heyvandarlıq sığortası üzrə ASF tərəfindən toplanan sığorta haqları 2020-ci ilin ümumi göstəricisini (1 939 min manat) 195% üstələyib. Bitkiçilik sığortası üzrə toplanan sığorta haqları isə 2020-ci ilin nəticələrindən 93 dəfə çox olub. Hesabat dövründə heyvandarlıq sahəsi üzrə sığorta haqlarının 85%-i, bitkiçilik sahəsi üzrə sığorta haqlarının isə 100%-i Aqrar Sığorta Fondu tərəfindən yığılıb.
Ümumilikdə ilk 9 ayda ASF tərəfindən 14 667 ədəd kənd təsərrüfatı heyvanı, 17 249 hektar əkin sahəsi sığortalanıb. İndiyədək imzalanmış müqavilələr üzrə Aqrar Sığorta Fondu təqribən 74,5 milyon manatlıq risk qəbul edib.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib ki, 2021-ci ilin yanvar-sentyabr ayları üzrə əldə edilən nəticələr Azərbaycanda aqrar sığortaya tələbatın yüksək olmasının və böyük potensialın göstəricisidir: “Dövlət tərəfindən bu sahədə tətbiq edilən güzəşt mexanizmləri isə fermerlərə və şirkətlərə imkan verib ki, ciddi maliyyə yükü olmadan təsərrüfatlarını effektiv şəkildə sığortalasınlar. Ölkə rəhbərliyi tərəfindən qəbul edilən son qərarlar – bəzi məhsullar üzrə subsidiyada aqrar sığorta tələbi nəticəsində isə aqrar sığorta ölkəmizin ərzaq təhlükəsizliyində mühüm alətlərdən birinə çevrilməkdədir”.
Növbəti aylarda aqrar sığorta predmetlərinin və sığortaya qəbul edilən risklərin siyahısının böyüməsi ilə aqrar sığortanın əhatə dairəsinin daha da genişlənməsi nəzərdə tutulur.


11-10-2021, 13:34 145

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041