Arı xəstəlikləri mövzusunda təlim


Kənd Təsərrüfatı Nazirliyi, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin birgə təşkilatçılığı ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “Azərbaycanda arı xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə tədbirləri, arı islahı” mövzusunda regionlarda təlimlər keçirilib. Təlimlər yerli və Türkiyədən dəvət olunmuş mütəxəssislər tərəfindən keçirilib.

Sumqayit.tv xəbər verir ki, təlimdə respublikamızın müxtəlif bölgələrindən, eyni zamanda işğaldan azad olunmuş ərazilərdən olan peşəkar arıçılar, iri və xırda arıçılıq təsərrüfatı sahibləri iştirak edib. Ümumilikdə təlim kursuna arıçılıqla məşğul olan 42 fermer arıçı qoşulub.
Tədbirin açılış mərasimində çıxış edənlər sözügedən təlim proqramının dost və qardaş ölkə Türkiyə Respublikası ilə Azərbaycan arasındakı elmi əməkdaşlığın daha da möhkəmlənməsindəki rolundan, Azərbaycan arıçılığına və arıçılarına verəcəyi töhfədən, qarşılıqlı bilik və təcrübə mübadiləsinin faydasından bəhs edib, bu proqramın əhəmiyyətini vurğulayıblar.
Daha sonra Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov “Nozema serenadan qaynaqlanan arı ölümləri, onların önlənməsinə dair bir baxış” mövzusunda təqdimatla çıxış edib. Peşəkar arıçı Nəbi Nəcəfov arı parazitlərinə qarşı effektiv mübarizə üsulları barədə təlim iştirakçılarına ətraflı məlumat verib. Türkiyə Respublikası Samsun şəhər Kənd Təsərrüfatı İdarəsinin əməkdaşı Dr. Ali Korkmaz “Dünyada arıçılığın mövcud vəziyyəti və arıçılığın əhəmiyyəti”, “Arının biologiyası və həyat dövrləri”, “Arıçılıqda bölgənin seçilməsi”, “Arı fərdlərinin xüsusiyyətləri və islah prosesindəki rolu” və “İslah və qeydiyyat aparılmasının zəruriliyi” mövzularında təqdimat edib. Bu mövzular ətrafında təlim iştirakçıları ilə geniş fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Nəzəri hissə ilə yanaşı, praktiki təcrübələri və arıxanalarda əyani təlimləri də əhatə edən təlim proqramı bu gün başa çatıb.

18-10-2021, 10:26 210

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086